İlqar Əliyev, İndustrial Solutions MMC-nin Təsisçisi və Baş Direktoru
“Rebuild Karabakh 2022” sərgisində şirkətimiz yığma dəmir beton texnologiyaları əsasında yaşayış, sənaye və infrastruktur tikintilərində istifadə oluna bilən tikinti materiallarının istehsalı üçün maşın və avadanlıqlar təqdim edəcək.
Şirkətimizin sərgidəki K1023 nömrəli stendində texnologiya olaraq yığma dəmir beton (daha uyğun terminologiya ilə prekast və ya prefabrik) texnologiyasını, və bu texnologiyadan olan massiv beton panellər, içi boşluqlu gərginləşdirilmiş lövhələr, sütun və fermalar, və difər dəmir beton məhsulları nümayiş etdirəcəyik.
İndustrial Solutions MMC-I Qarabağ bölgəsinin bərpası və inkişafında iştirak etməyə hazırdır. Qeyd edim ki, bu işdə biz iki əsas istiqamət görürük. Birincisi dəmir beton tikinki materiallarının istehsalının təşkili. Və ikincisi həmin materiallardan istifadə etməklə yaşayış, sənaye və infrastruktur tikintisi. Yığma dəmir beton texnologiyaları qısa müddətdə kütləvi həcmdə tikinti işləri aparmaq imkanı verir ki, bu da Qarabağ bölgəsinə yerləşəcək əhalinin qısa müddətdə evlərlə təmin olunmasına şərait yaradacaq.
“Rebuild Karabakh 2022” sərgisində iştirak etmək fikirimcə vacib bir məsələdi. İxtisaslaşmış sərgilərin rolu müstəsna dərəcədə böyükdür. Lakin belə sərgilərdə önəmli olan hazır məhsulların deyil, istehsal vasitələrinin və texnologiyaların təqdimatı və nümayişidir. Bunun üçün isə öz sahələrində qabaqcıl şirkətlərin iştirakı vacibdir. Bir müddət öncə sərgilərin keçirilməsində baş verən məcburi fasilənin səbəbləri ümumiyyətlə iqtisadiyyatda bir durğunluq yaratmışdır, və bu da öz növbəsində fəaliyyətimizə mənfi təsir göndərmişdir.