Yerli və xarici şirkətlərin keyfiyyətli məhsulları sərgidə

Yerli və xarici şirkətlərin keyfiyyətli məhsulları sərgidə

20 oktyabr 2025 0000

Mirzə Mirzoyev, Direktor, STS Turan
Bakı Tikinti Həftəsi çərçivəsində keçirilən sərgilərə qatılmaq mənim üçün vacib və zəruri şərtdir, çünki mən tikinti şirkətini təmsil edirəm. Bizim üçün sərgi yalnız sahənin ən yeni innovasiyaları ilə tanışlıq deyil, həm də həmkarlarla və tərəfdaşlarla görüşlər, eləcə də potensial müştərilərlə faydalı əlaqələr yaratmaq üçün önəmlidir.
«BakuBuild» sərgisi hər zamanki kimi məqsədinə uğurla çatdı – həm informasiya baxımından, həm də zəruri işgüzar əlaqələrin yaradılması üçün əlverişli işgüzar atmosfer təmin etdi. Sevindirici haldır ki, xarici istehsalçılarla yanaşı, yerli şirkətlərimiz də çox keyfiyyətli və hər kəs üçün vacib məhsullar təqdim edir.
Mənim diqqətimi xüsusilə Qarabağın bərpası sərgisi çəkdi. Şirkətimizin bu regionda hələ layihələri olmasa da, mən bir neçə dəfə fərdi səfərlərlə Qarabağın müxtəlif bölgələrində olmuşam və orada aparılan möhtəşəm işləri müşahidə etmişəm. İndi «Rebuild Karabakh» sərgisində azad edilmiş ərazilərdə artıq həyata keçirilən və planlaşdırılan bir çox layihələri görürəm.
Düşünürəm ki, Bakı Tikinti Həftəsi çərçivəsində nümayiş olunan ən müasir texnologiyaların bir çoxu Qarabağın bərpa işlərində tətbiq olunacaq və bu bölgəni daha da gözəlləşdirəcək.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN