Sərgi haqqında

Rebuild Karabakh - Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir.

Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

Rebuild Karabakh - bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platformadır.

Sərginin bölmələri:

  • Energetika
  • Ekologiya
  • İnformasiya texnologiyaları
  • İnşaat
  • Kənd təsərrüfatı
  • Qida sənayesi
  • Mədənçilik
  • Nəqliyyat
  • Sağlamlıq
  • Təhlükəsizlik
  • Təhsil
  • Turizm və mədəni irs
  • Yol tikintisi və infrastrukturu
     

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN