Orxan Səfərov, Rapid Supply Solution MMC-nin direktoru
Rapid Supply Solution 2014-cü ildən fəaliyyət göstərir. Yüksək keyfiyyətli məhsullarımızın geniş çeşidi neft və qaz, inşaat, sənaye istehsalı və tərsanə kimi sənaye sahələrində səmərəli şəkildə istifadə olunur. “Rebuild Karabakh 2022” sərgisində şirkətimiz öz stendində Kimfor İzolasyon, Регион СпецТехно və LAPP şirkətlərinin məhsullarını təqdim edəcək.
“Kimfor İzolasyon” şirkəti tərəfindən istehsal olunan izolasiya məhsulu öz sahəsində tam yeni və ənənəvi izolasiya üsullarını dəyişdirəcək bir materialdır. Thermolock izolasiya məhsulu A1 yanğın sinifinə uyğundur (1000°C), digər tərəfdən tam olaraq ekoloji məhsuldur. Məhsulu istifadə edərək, yanğın, istilik, soyuq, səs və hidroizolasiya əldə etmiş olursunuz.
Ənənəvi istifadə etdiyimiz məhsullardan üstünlükləri aşağıdakilardan ibarətdir:
Bundan öncə izolasiya prosesini həyata tam şəkildə keçirmək üçün sizə primer, daş yunu, möhkəmləndirici mesh, dupel, dekorativ gips və s. kimi məhsullar tələb olunurdu. Artıq bunları hamısının əvəzinə siz sadəcə Thermolock-i istifadə edib, həm xərclərinizə, həm də zamanınıza qənaət etmiş olursunuz. Biz tərəfimizdən əminlik hissi ilə deyə bilərik ki, qardaş Türkiyənin istehsalı olan bizim məhsul, Qarabağ bölgəsini innovativ və sürətli şəkildə yenidən qurulmasında və inkişafında ən uğurlu məhsul olacaq.
Sərgilər əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün geniş imkanlar açır. İnanırıq ki, “Rebuild Karabakh 2022” sərgisində iştirak şirkətimiz üçün uğurlu olacaq və yeni tərəfdaşlarla güclü işgüzar əlaqələr qurmağa imkan verəcək.