Oktyabr ayının 19-da 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini bir araya gətirən Xəzər İnşaat Həftəsinə start verilib.
“Xəzər Tikinti Həftəsi”nin təntənəli açılış mərasimində Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Səhiyyə nazirinin müavini Rasim İsmayılov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov iştirak etdilər.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov öz giriş nitqində Xəzər İnşaat Həftəsinin başlanması münasibətilə orada toplanan şəxsləri təbrik etdi, sərginin iştirakçıları haqqında statistik məlumatları səsləndirdi, sərgi sahələrinin böyüdüyünü qeyd etdi, göstərdikləri dəstəyə görə rəsmi strukturlara və sponsorlara öz təşəkkürünü bildirdi və iştirakçılara işlərində uğurlar arzuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubu uca səslə oxundu.
Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət və özəl biznes arasında qarşılıqlı əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi əsnasında yerli və xarici şirkətlər arasında əməkdaşlığın müzakirə edilməsi və qurulması mexanizmi kimi sərginin əhəmiyyətini vurğuladı.
Sərgilər region iqtisadiyyatına investisiyaların cəlb edilməsinə təkan verir, diqqəti Qarabağın bərpası və inkişafının prioritetlərinə yönəldir, deyə natiq qeyd etdi. Azərbaycanda yerli və xarici şirkətləri bu prosesə cəlb etmək üçün hər cür şərait yaradılıb, texnoparklar formalaşdırılıb, artıq ilk rezidentlər ən müasir layihələr təklif etməklə və həyata keçirməklə fəaliyyət göstərirlər. Sərgidə tikintinin bütün sahələrində fəaliyyət göstərən çoxlu sayda şirkətin iştirakı ölkə iqtisadiyyatının layiqincə inkişaf etdiyini vurğulayır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərə böyük maraq göstərildiyini, bunun iştirakçıların sayının artmasında özünü büruzə verdiyini qeyd etdi. Səciyyəvidir ki, layihələrin Qarabağ üçün aktuallığı bu gün bu zonada yenilikləri tətbiq olunan kiçik və orta biznes nümayəndələri üçün yaradılan şəraitdən irəli gəlir. Təşkilatımız bu şirkətləri var gücü ilə və hər vasitə ilə dəstəkləyir və onları sərgilərdə fəal iştirak etməyə, öz fəaliyyətləri haqqında məlumatı yaymağa çağırır, deyə cənab Məmmədov qeyd etdi.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov möhtəşəm bərpa və şəhərsalma işlərinin həyata keçirildiyi dövrdə sərgilərin aktual əhəmiyyətə malik olduğunu vurğuladı.
Xəzər regionunun tikinti sənayesində ən çox gözlənilən tədbir bu sənayedəki nailiyyətləri əyani şəkildə nümayiş etdirir, bərpa və tikinti sahəsində ən yeni metodları təklif edir, dünyanın müxtəlif ölkələrindən şirkətləri və mütəxəssisləri cəlb edir, beynəlxalq əlaqələrin qurulmasına kömək edir, deyə cənab Dövlətxanov qeyd etdi. Artıq ikinci ildir ki, ardıcıl olaraq keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan
azad edilmiş torpaqların bərpası üçün layihələrinin yerli və xarici şirkətlərin iştirakı ilə həyata keçirilməsinə, eləcə də kompleks tədbirlərin yerinə yetirilməsinə dəstək verir.
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirdi ki, artıq 27 ildir ki, Azərbaycanda ən qocaman sərgilərdən biri olan tikinti sərgisi həyata keçirilir. Bu sərgiyə maraq artır ki, bu da dövlətin və cəmiyyətin bu sahəyə diqqətini nümayiş etdirir. Bütövlükdə ölkədə, xüsusən də Qarabağda aparıcı şirkətlərin cəlb olunması ilə mühüm layihələr həyata keçirilir.
Müasir dünyada istənilən məhsul, məmulat və yeni məhsullar haqqında geniş məlumat əldə etmək üçün bir çox mənbə mövcuddur, lakin əsas etibarilə məhz sərgilər həm məhsulların stendlərdə təqdim edilməsi və sınaqdan keçirilməsi, həm də mütəxəssislər arasında canlı ünsiyyət və müzakirənin aparılması əsnasında müsbət nəticələrin əldə edilməsini və biznesin təşviqini təmin edir.
Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisidir.
Hazırda ölkə rəhbərliyinin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib.
Xarici podratçıları və investorları cəlb etməklə Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər. Rebuild Karabakh sərgisinin əsas məqsədi də budur. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
Qeyd edək ki, üç gün ərzində sərgilərin iştirakçıları mal və xidmətlərin geniş çeşidini nümayiş etdirəcəklər. Beləliklə, Rebuild Karabakh sərgisi aşağıdakı sektorları: Təhlükəsizlik, Mədənçilik, İnformasiya Texnologiyaları, Yol Tikintisi və İnfrastruktur, Energetika və s.
Rebuild karabakh sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq. Beləliklə, 19 oktyabr tarixində KOBİA ilə birgə təşkilatçılığı ilə Qarabağda biznes və investisiya imkanları mövzulu panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondun təşkilati dəstəyi ilə "Qarabağda Urbisid" fotosərgisinin nümayişi baş tutacaq.
Şəhər ərazilərində böhranların aradan qaldırılması və bərpa üzrə fəaliyyət - Ağalı kəndi və işğaldan azad edilmiş digər yaşayış məntəqələrinin yenidən qurulması haqqında qisametrajlı sənədli film təqdim olunacaq.
Sərgilərin təşkilatçıları Caspian Event Organisers və Iteca Caspian şirkətləri, və onların tərəfdaşları Caspian Event Management, ICA Eurasia və başqalarıdır.