İlahə Abbaszadə, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndəsi:
Biz ilk dəfədir ki, beynəlxalq inşaat sərgisində iştirak edirik və onun təşkilindən çox razıyıq. Mən ölkənin Xüsusi İqtisadi Zonalarının Rezidentlərinə Dəstək Departamentini təmsil edirəm.
Bizim strukturumuz bir neçə iqtisadi zonaya nəzarət edir, onlardan ikisi Qarabağda - Ağdam və Cəbrayılda yerləşir. Biz çox şadıq ki, “Qarabağın yenidən qurulması” ekspozisiyası çərçivəsində bu zonalar haqqında danışa bilərik, çünki erməni işğalından azad edilmiş ərazilərin inkişafı Azərbaycan hökumətinin prioritet vəzifələrindən biridir. Qarabağa başqa rayonlardan tikinti şirkətlərinin və digər şirkətlərin gəlməsi alqışlanır və stimullaşdırılır.
Bu ilin sonuna kimi Ağdam (190 hektar) və Cəbrayıl rayonlarında (təxminən 200 hektar) birbaşa iqtisadi zonalara məxsus ərazilərin yaradılması başa çatdırılacaq, mina təmizləmə prosesi başa çatmaq üzrədir.
Yaxın vaxtlarda bu regionda bir neçə tikinti şirkəti təcili ehtiyac duyulan məhsul və materialların istehsalını təşkil edə biləcək. Artıq 2022-ci ildə Cəbrayıl rayonundakı iqtisadi zonada KAMAZ müəssisəsinin, eləcə də bir sıra İran logistika şirkətlərinin və digər maraqlı ölkələrin şirkətlərinin obyektlərinin açılması planlaşdırılır.
İqtisadi zonalarda şirkətlərin fəaliyyət sahələri tətbiqi sənətkarlığı (Cəbrayıl rayonunda xalçaçılıq) da əhatə etməklə, rəngarəng ola bilər.
Bütün iqtisadi zonalara investorların cəlb edilməsi şərtləri standartdır - 10 il ərzində onlar gəlir və əmlak vergilərindən, texnologiya idxalı isə ƏDV-dən və bir sıra gömrük rüsumlarından azad edilir.
Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusilə də, məsələn, Naxçıvan Muxtar Respublikasında (Şərur), Sabirabad, Neftçala, Masallı, Hacıqabul, Qaradağ, Sumqayıt, Pirallahı və Balaxanıda iqtisadi zonaların və sənaye parklarının, inkişaf etdirilməsində maraqlıdır.
Əminəm ki, sərgi həm Azərbaycanın özündən, həm də xarici ölkələrdən olan investorların böyük marağına səbəb olacaq və lazımi müzakirələrin aparılmasına imkan verəcək.