Nərmin Hüseynzadə, Azərbaycanın PMD şirkətinin biznesin inkişafı şöbəsinin müdiri:
“PMD Project” MMC və “PMD Group” MMC ilk dəfədir ki, Qarabağın bərpası “Rebuild Karabakh” beynəlxalq sərgisində iştirak edirlər və biz bu irimiqyaslı tədbirə müəyyən ümidlər bəsləyirik.
Əvvəllər biz PMD Group şirkətlər qrupunun üzvlərindən biri kimi fəaliyyət göstərmişik (2015-ci ildən bəri fəaliyyət göstərən bu şirkətlər qrupu aktivlərin idarə edilməsi və tikinti işləri ilə məşğul olan böyük bir şirkətdir). Bizim məqsədimiz yüksək keyfiyyətli daşınmaz əmlak layihələri və xidmətlərini təqdim etmək, şəffaf və ədalətli biznes üsullarına xüsusi diqqət yetirmək, ən yüksək peşəkarlıq standartlarını yaratmaq və kamilliyə və davamlı biznes nəticələrinə nail olmaqdır. Biz möhkəm və uzunmüddətli əlaqələr qurmağı hədəfləyən müştəri yönümlü, nəticələrə əsaslanan biznes fəlsəfəsinə malik olmağa çalışırıq.
Bizim gələcək hədəfimiz səmərəli idarəetmə üsullarını tətbiq etməklə və bütün bazara, eləcə də müştərilərimizə innovativ və səmərəli həllər təklif etməklə, Azərbaycanda daşınmaz əmlak sənayesinin aparıcı şirkətlərindən birinə çevrilməkdir.
PMD Projects llC tikinti şirkəti kimi, biz bir sıra tikinti layihələrini həyata keçirmişik: yaşayış kompleksləri, kommersiya layihələri, həmçinin Bakıda və rayonlarda (Şamaxı, Lənkəran, Naftalanda) mehmanxana biznesi layihələri..
Hazırkı dövrdə isə işğaldan azad edilmiş Qarabağda layihələrin həyata keçirilməsi bizim üçün çox vacib məsələyə çevrilib və biz bu regionda şirkətimiz üçün bir fəaliyyət sahəsi olduğunu görürük.
Ağdamda yaşayış kompleksinin tikintisinə başlanılıb.
Oktyabr ayında Azərbaycan Prezidenti c-b İlham Əliyevin iştirakı ilə Ağdamda 2023-cü il dekabrın 30-da istifadəyə verilməsi nəzərdə tutulan 5 ulduzlu “City Hotel Agdam” otelinin təməl daşı qoyulub.
Bundan öncə Goranboy rayonunda məşhur Naftalan kurortunun yaxınlığında 5 ulduzlu G”arabag Resort & Spa” (132 otaq üçün) tikdik. Bu cür layihələr ölkənin turizm potensialının inkişafı, dövlətimizin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılması üzrə Azərbaycanın uzunmüddətli strategiyasına uyğundur.
Biz həmçinin müxtəlif tikinti tenderlərində iştirak etməkdən məmnun olardıq, etibarlı iş sifarişçiləri və material təchizatçıları tapmaqda maraqlıyıq və əminik ki, Bakıda keçiriləcək beynəlxalq sərgi bu işdə bizə kömək edəcək.