Aynur Nurəliyeva, Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin nümayəndəsi
Tikinti sənayesinin və ölkənin iqtisadi fəaliyyətinin digər sahələrinin inkişafına mühüm təsir göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) stendinin “Rebuild Karabakh” sərgisində olması bizi sevindirir.
Sərgi çərçivəsində biz maraqlı strukturlarla tərəfdaşlıq əlaqələri qurmağa hazırıq və istənilən təklifləri qəbul etməyə hazırıq. Biz mühüm və məxsusi fəaliyyət sahəsinə malik olduğumuza görə, əməkdaşlıq məsələlərində heç bir çətinlik yoxdur.
Sərginin mövzusunun “Qarabağın bərpası” olmasını əlamətdar və aktual hesab edirik. Erməni işğalından azad edilmiş Azərbaycan rayonlarının bərpası üzrə tapşırıqların yerinə yetirilməsi üçün ADY böyük həcmdə işləri həyata keçirməlidir.
Misal üçün, biz uzunluğu 110,4 kilometr olan dəmir yolu hissəsinin tikintisini və Horadiz-Ağbənd marşrutu üzrə səkkiz stansiyanın yaradılmasını (2023-cü ildə tam istifadəyə veriləcək) nəzərdə tuturuq.
Həmçinin, gələn il uzunluğu 47,1 km olan Bərdə-Ağdam dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır ki, onun uzunluğu boyunca dörd stansiya yerləşdiriləcək.
Koronovirus pandemiyasının səngiməsi və lazımi komplektləşdirici hissələrin çatdırılması və bütün tədbirlər silsiləsinin vaxt qrafikinə uyğun həyata keçirilməsi faktı da tikinti işlərimizin daha da sürətlənməsinə kömək edir.
Azərbaycan hökuməti ADY-nin layihələri üçün lazımi vəsaitləri ayırır, çünki onlar ölkənin iqtisadi inkişafının prioritetləri sırasındadır.