Macarıstan istehsalçıları beynəlxalq bazarda

Macarıstan istehsalçıları beynəlxalq bazarda

13 oktyabr 2022 0000

"Macarıstanın HEPA İxrac Agentliyinin regional tərəfdaş ofisinin" Baş direktoru, İqor Vereykin

Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) bazar araşdırması aparmaqla, işgüzar fəaliyyətlə bağlı konsultasiyalarla və ixrac yönümlü təlimlərlə beynəlxalq bazarda Macarıstan istehsalçılarını dəstəkləyir. Öz tərəfdaşlarımızı uğurlu işgüzar fəaliyyət üçün lazım olan mədəniyyətlərarası bilik və xarici bazarlardakı imkanları araşdırmaq üçün köməklə təmin edirik.

HEPA Agentliyi artıq ikinci ildir ki, "Rebuild Karabakh" sərgisində iştirak edir.

Bu ilki sərgidə aşağıdakı şirkətlərin məhsulları və texnologiyaları birgə stenddə təqdim ediləcək:

CONTINEST TECHNOLOGIES PLC – yenilikçi qatlanabilən konteynerlərin istehsalçısı;

GRABOPLAST ZRT – parket döşəmə, idman meydançası döşəmələri, PVC örtükləri, kommersiya və divar PVC örtükləri kimi döşəmə örtüklərinin tanınmış istehsalçısı;

MARTON GENETICS (BÁZISMAG KFT) – yüksək keyfiyyətli qarğıdalı, buğda, yulaf və günəbaxan tumlarının istehsalçısı;

PHONIX CONTROL KFT – maye səviyyəsinin ölçülməsi və texniki nəzarət avadanlıqlarının, o cümlədən neft, qaz, kimya və əczaçılıq sənayeləri üçün təhlükəsizlik avadanlıqlarının istehsalçısı;

V-HÍD ZRT – Macarıstanın dəmir yollarının, dəmir yolu nəqliyyatının hərəkətinə nəzarət sisteminin və əlaqə şəbəkəsinin layihəsinin hazırlanması və tikintisi ilə məşğul olan qabaqcıl dəmir yolu sənayesi şirkəti;

VARIOSYSTEM GROUP KFT – Prefabrik modul evlər üçün SIP panellərinin istehsalçısı;

VIBROCOMP KFT – ətraf mühitin səs-küy, hava və vibrasiya ilə çirklənməsinin təsirlərini azaltmaq üçün proqnozlaşdırma, ölçmə, modelləşdirmə və planalaşdırma sahəsində xidmətlər;

GANZ Danubius – əsas iş profili üzən kranlar, gəmi qaldırma avadanlıqları, hidravlik işlər üçün gəmilər və suda üzən avadanlıqlardan, asma kranlardan, körpü tikintisi və mürəkkəb texnoloji proseslər üçün xüsusi kranlardan, müxtəlif qaldırma avadanlıqlarından, eləcə də liman və gəmidən yüklərin daşınması üçün avadanlıqlardan ibarət tam çeşidli məhsulların tərtibatı və tikintisi olan gəmiqayırma şirkəti.

MARTON GENETICS dəyişən bazar şərtlərinə uyğunlaşmaq üçün öz hibridlərini aktiv şəkildə dəyişməyə şərait yaratmaq məqsədilə taxıl istehsalçıları və elmi mütəxəsisslər ilə birbaşa şəkildə daimi əlaqə saxlamağa xüsusi önəm verir.

Şirkət müştərinin şərtlərinə maksimum uyğunlaşdırılmış toxum məmulatı əldə etmək üçün toxum yetişdirilməsi və hibridləşmə sahəsindəki ən son elmi yenilikləri aktiv şəkildə işləyib-hazırlayır. Əsası yüksək məhsuldarlığa malik geniş çeşidli qışlıq və yazlıq buğdadır və kökün yerinin dəyişdirilməsi, quraqlıq, xəstəliklər, yem arpası, tritikale, yulaflar, noxudlar və kolzalara qarşı davamlıdır.

Şirkət qısa müddətdə yetişmə, əlverişsiz şərtlərə qarşı davamlılıq və aşağı qlüten tərkibi ilə xarakterizə olunan ən qədim yumşaq qabıqlı buğda növlərindən biri hesab edən "spelt" yüksək məhsuldarlığa malik toxum materialının istehsalı ilə məşğuldur. Şirkət, həmçinin, yüksək məhsuldarlığı, zərərvericilərə, lazımından az miqdarda suvarmaya qarşı davamlı olması ilə xarakterizə edilən FAO 150-500 hibrid toxumlarının geniş çeşidini istehsal edir.

Biz Macarıstanın milli ixrac strategiyasına uyğun olaraq beynəlxalq ticarət yarmarkaları və sərgilərində Macarıstanın xarici bazarda rəqabətə davamlı məhsullarını və xidmətlərinin təqdim edilməsini dəstəkləməyə çalışırıq. Biz sənaye sərgisi tədbirlərinin tərəfdaşlar tapmaq, işgüzar əlaqələr qurmaq, eləcə də yeni məhsulları və innovasiyaları təqdim etmək üçün ən yaxşı yer olduğuna inanırıq.


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN