Emil Məmmədov, KOBİA-nın nümayəndəsi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOBİA, Iteca Caspian-ın beynəlxalq layihələrinin daimi iştirakçısı olaraq, bu il “Qarabağın bərpası” sərgisində məsuliyyət hissi ilə iştirak edir.
KOBİA-nın stendi Azərbaycanın on üç özəl şirkətini birləşdirdi (agentlik onlara öz xidmətlərini pulsuz təqdim etmək imkanı verdi) və inanıram ki, bu tədbir bizim hamımız üçün faydalı və uğurlu olacaqdır. Stendimizdə təqdim olunan şirkətlər tikinti, dizayn, pəncərə və qapı istehsalı üzrə ixtisaslaşmışdır və burada hətta virtual hipermarket şirkəti də var.
Azad edilmiş Azərbaycan torpaqlarında, Qarabağda fəal quruculuq işləri gedir. Bu tarixi ərazinin bərpasına kömək etmək istəyən kiçik və orta həcmli özəl sahibkarlar KOBİA ilə əlaqə saxlayır, biz öz agentliyimizdə onların ideyalarını, layihələrini təhlil edirik və ən maraqlılarını yuxarı orqanlara ötürürük.
Artıq bu bölgədə fəaliyyət göstərən bir neçə kiçik və orta həcmli şirkət var ki, onlar KOBİA tərəfindən seçilib və razılıq aldıqdan sonra investisiya qoymağa başlayıblar. Məsələn, Zəngilan rayonunda tibbi avadanlıqların istehsalı üzrə müəssisə fəaliyyət göstərir, ancaq mən hesab edirəm ki, burada digər ixtisaslaşmış kiçik və orta həcmli müəssisələrin açılması da məqsədəuyğundur.
Sərgi bütün səviyyələrdə lazımi əlaqələrin qurulmasına imkan verəcək.
Sərginin digər ölkələrdən olan qonaqları da KOBİA-nın təcrübəsi ilə maraqlana bilər.