Elşən Həsənov, ESTET MMC-nin Direktoru
ESTET MMC 1997-ci ildən etibarən Azərbaycan və digər ölkələrdəki tikinti şirkətlərini, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidməti də göstərir.
Hazırda Estet MMC Dünyaca məhşur MAKELSAN, LANDE, EMERSON/VERTİV, ALFAMAX, ALFAFONET, ASSMANN/ DIGITUS, EDNET, NORM, BSMİ,TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO, COFEM, LİNOFLEKS şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.
“Rebuild Karabakh 2022” şərgisində həmin şirkətlərə məxsus Struktur kabelləşmə məhsulları (Cat.5, Cat.6 və Cat.7 kateqoriya şəbəkə kabelləri, Fiberoptik şəbəkə üçün Single Mode ve Multi Mode kabelləri, Fiberoptik şəbəkədən Mis şəbəkəyə keçid (Media Converter) avadanlıqlarını və müxtəlif ölçülü Server Rack Kabinləri), Generator və UPS, EN54 Avropa təhükəsizlik sertifkatlarına malik Yanğın Xəbəretmə ,Sulu və qazlı söndürmə sistemləri, müxtəlif ölçülərə sahib audio, video, təhlükəsizlik kameraları, Mərkəzi Səs və TV sistemləri, Xəstəxana, tibb bacısı çağırış sistemləri, Laboratoriya avadanlıqları, Ağıllı ev sistemləri təqdim edəcək. Bütün bunlar binanıza özəl infrastruktur həllərimizin təklifləridir.
Hazırda Qarabağ bölgəsinin bərpası və inkişaf etməsi Azərbaycan dövlətinin və hər bir vətəndaşın qarşısında mühüm məsələlərdən biridir. “Rebuild Karabakh 2022” şərgisi həmin işdə öz böyük rolunu oynayır və Qarabağ regionunun bərpasında iştirak edən və etmək istəyən şirkətləri bir araya toplayır. Biz də bu tədbirdə iştirakımızı böyük bir missiya hesab edirik. Hamınızı ESTET MMC-nin K1017 stendində gözləyirik.