Ümidvarıq ki, biliklərimizi Qarabağın bərpasında tətbiq edəcəyik

Ümidvarıq ki, biliklərimizi Qarabağın bərpasında tətbiq edəcəyik

21 oktyabr 2021 0000

Robert Dunayevski, “Professor Katsenbax” (Kiyev, Ukrayna) Mühəndislik bürosunun idarəçi həmtəsisçisi:

Biz Qarabağ bölgəsini bərpa etmək niyyəti barədə məlumat aldığımız üçün Azərbaycandakı bu sərgiyə gəlmişik. Artıq Azərbaycanda tərəfdaşlarımız var - bu Bakı Mühəndislik Universitetidir. Ümidvarıq ki, bilik və təcrübəmizi Qarabağın bərpasında və əlbəttə ki, respublikanın digər bölgələrində həyata keçiriləcək layihələrdə tətbiq edəcəyik.

Bizim büro bərpa olunan enerji, xüsusən də külək enerjisi, binaların, o cümlədən çoxmərtəbəli binaların, eləcə də təməllərin, yeraltı tikililərin, tunellərin inşası sahəsində geotexniki və dizayn üzrə həll variantlarının hazırlanması ilə məşğuldur. Yəni əsas diqqətimizi yeraltı hissənin kompleks konstruktiv həllərinə yönəltmişik.

“Rebuild Karabakh” sərgisinin yaxşı təşkil olunduğunu qeyd etmək istərdim. Tədbirin nə dərəcədə uğurlu olacağını hələ bilməsək də, ümid edirik ki, bu sərgi böyük vüsət qazanacaq.

 


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN