Sərgi yeni bazar iştirakçılarını cəlb edir

Sərgi yeni bazar iştirakçılarını cəlb edir

21 oktyabr 2021 0000

İnarə Rzayeva, “Quality Freight Solutions LTD” şirkətinin direktoru

Buradakı hər şeyi çox bəyəndim! Sərgi yaxşı təşkil olunub. Düşünürəm ki, bu, şirkətlərin bir-birlərini tanıdıqları və bazarımıza çıxarmaq istədikləri məhsulları təqdim etdikləri gözəl platformadır. Əminəm ki, sərgi bu sənayenin inkişafında çox mühüm rol oynayır.

“Quality Freight Solutions” şirkəti broker xidmətləri göstərir. Bu gün sərgiyə gəlişimizin məqsədi artıq Azərbaycan bazarında təmsil olunan və bu bazara daxil olmaq istəyən idxalçıları tapmaqdır. Öz tərəfimizdən şirkətlərə malların gömrük rəsmiləşdirilməsini və bəyannamələrin yazılmasını təklif edə bilərik.

Diqqətimi daha çox elektron avadanlıqlar, tibbi cihazlar, təmir boyaları cəlb etdi. Yəni Azərbaycana gətirilmiş, idxal edilən mallar. Xammal idxalı və hazır məhsul ixracı ilə məşğul olan yerli istehsalçılarımız ilə də maraqlanıram.

Bugünkü sərgi, xüsusilə, investisiya baxımından Qarabağla maraqlanacaq yeni bazar iştirakçılarını cəlb edir. Bu bölgəni inkişaf etdirmək və işğaldan azad edilmiş torpaqlarda perspektivli planları həyata keçirmək baxımından bizim üçün vacibdir.


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN