Qarabağ üçün yeni yollar, suvarma sistemləri

Qarabağ üçün yeni yollar, suvarma sistemləri

20 oktyabr 2022 0000

Nadejda Zemskova, Rusiyanın GeoSM şirkətinin marketinq şöbəsinin müdiri:

Biz ilk dəfədir ki, Azərbaycanda keçirilən sərgidəyik və bundan çox məmnunuq, çünki biz burada çoxlu sayda ziyarətçinin olduğunu və təqdim olunan məhsullara böyük maraq göstərildiyini görürük. Biz bu tədbiri genişmiqyaslı hesab edir və təşkilatçılara təşəkkür edirik.Bakıda hədəf müştərilərlə çoxlu görüşlərimiz planlaşdırılıb, özəl biznes nümayəndələrinin məhsullarımızla maraqlanmasından məmnunuq.

Şirkətimiz Nijni Novqorodda yerləşir və geosintetik məhsulların (geotekstillər, geomembranlar, geotorlar, geomatlar) istehsalı üzrə ixtisaslaşmışdır. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi də məhsullarımızın satışının təşviqinə kömək edəcək.

Biz hesab edirik ki, məhsullarımız rəqabət qabiliyyətlidir və xüsusilə yolların tikintisi zamanı asfalt altına salınan geotorlara və müxtəlif ölçülü çalalar və hovuzlar, su anbarları, tullantı suyu kanalları üçün istifadə olunan geomembranlara tələbat yüksək ola bilər.

Azərbaycanın hazırda yeni yolların və suvarma sistemlərinin çəkildiyi Qarabağ bölgəsini bərpa etməyə başlaması faktını nəzərə alaraq, biz bu bazarda öz yerimizi tapmağa çalışırıq.

Biz Qarabağda görülən işlərə dair keçirilən beynəlxalq tenderlərdə iştirak etmək istəyirik, biz Rusiyanın Azərbaycandakı ixrac mərkəzi ilə müvafiq nüansları aydınlaşdıracağıq. Rusiya şirkətləri böyük təcrübə qazanıblar, onlar Bakıda keçirilən sərgidə geniş şəkildə təmsil olunurlar və Azərbaycanın irimiqyaslı tikinti işlərində ona çox faydalı ola bilərlər.


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN