Qarabağ bölgəsində görüləcək işlər çoxdur!

Qarabağ bölgəsində görüləcək işlər çoxdur!

21 oktyabr 2021 0000

Amis Hüseynzadə, “Max Group MS” MMC-nin təsisçisi:

Şirkətimiz 15 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Biz fəaliyyətə metal konstruksiyalarla başlamışıq, məsələn, “PAŞA İnşaat” kimi böyük şirkətlərin podratçısı işləmişik, hazırda isə həm özəl sektor, həm də dövlət qurumları ilə uğurla əməkdaşlıq edirik. Müvafiq avadanlıqların mövcudluğu istənilən məhsulu ən qısa müddətdə istehsal etməyə imkan verir.

Bu yaxınlarda parkların və dayanacaq yerlərinin təchiz edilməsi üçün zəruri olan məhsulların istehsalına başlamışıq. Bu, istehsal sürətini optimallaşdırmaq üçün edilib. Həmin məhsulu stendimizdə görə bilərsiniz. Bununla yanaşı, USB kabellər vasitəsi ilə mobil cihazlara enerji yükləmək, fənərləri, lampaları və s. qidalandırmaq üçün günəş panellərinin prototipləri təqdim edilir. İstənilən dizaynlı sifarişləri həyata keçiririk.

Həm də istiqamət göstərən (və ya məlumatlandırıcı) nişanları peşəkar şəkildə istehsal edirik. Müştərilərimiz arasında otellər, mehmanxanalar, böyük biznes mərkəzləri və s. yer alır.

Yeni tərəfdaşlar tapmaq məqsədi ilə sərgidə iştirak edirik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrinin hazırlanmasında iştirak etməyə hazırıq. “Rebuild Karabakh” sərgisi potensialımızı reallaşdırmaq üçün böyük imkanlar yaradır. Qarabağ bölgəsində görüləcək işlər çoxdur, “Max Group MS” şirkətinin ən qısa müddətdə konkret bərpa işlərini həyata keçirə biləcək kifayət qədər peşəkar komandası var. Məsələn, hazırda abadlıq işlərinin aparıldığı Lahıc kəndi üçün park avadanlıqlarının istehsalını həyata keçiririk.

 


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN