Fasad sistemləri

Fasad sistemləri

12 oktyabr 2022 0000

Alim İsmayılov, ALUFAR MMC-nin Direktoru   

“Alufar” şirkəti alüminium sənaye və mebel profillərinin, mebel aksessuarlarının, alüminium fasad sistemlərinin satışında ixtisaslaşır. Qeyd edim ki, istehsal etdiyimiz profillər heç bir qatışıq olmadan (təxminən 98%) tərkibində az miqdarda dəmir olmaqla, təmiz alüminiumdan hazırlanır.

Şirkətimiz “Rebuild Karabakh 2022” sərgisində ALUFAR brendi altında müxtəlif layihələrdə istifadə olunmuş alüminium profil sistemlərini nümayiş edəcək. Yeni sistem olaraq Minimal və Eco Sürmə sistemləri, FT 100 C STEEL REINFORCED FACADE SYSTEMS. FT 100 C polad armaturlu fasad sistemləri sərgi ziyarətçilərinə və mütəxəssislərə təqdim olunacaq.

Alüminium profillərin istehsalının təşkili və həmin materiallardan istifadə etməklə yerli istehsalın inkişafı ilə yanaşı Qarabağda yaşayış, sənaye və infrastruktur tikintisidə iştirak etməkdir ki, bu da Qarabağ bölgəsinə yerləşəcək əhalinin qısa müddətdə evlərlə təmin olunmasına şərait yaradacaq.

Sərgidə nümayiş olunacaq layihələr bunlardır - Füzuli Hava limanı; Zəngilan Hava limanı; Gömrük İnzibati binası; Belvedere Yaşayış Kompleksi.  

Sərgilərdə iştirak bizim fəaliyyətimizin vacib hissəsidir. Hesab edirəm ki, ixtisaslaşdırılmış sərgilər şirkətin inkişafı, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, daxili və beynəlxalq bazarlarda tanıdılması üçün geniş perspektivlər açır.


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN