Bu gün Zəngilan və Laçın rayonlarında hava limanları inşa edirik

Bu gün Zəngilan və Laçın rayonlarında hava limanları inşa edirik

21 oktyabr 2021 0000

Ceyhun Səfərov, “AzVirt” MMC-nin media meneceri

 “AzVirt” şirkəti Qarabağda reallaşdırılan strateji əhəmiyyətli layihələrdə fəal iştirak edir. Bunlar ilk növbədə, hava limanlarının tikintisidir. Füzuli hava limanı rekord müddətdə - cəmi səkkiz ayda inşa edilib. Burada uçuş-eniş zolağının və perron tikintisi ilə məşğul idik. Bu gün Zəngilan və Laçın rayonlarında hava limanları inşa edirik. Oktyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva Zəngilan hava limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Bu hava limanı ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək.

Bununla yanaşı, “AzVirt” şirkəti magistral yolların, o cümlədən Zəfər Yolunun 17 kilometrlik hissəsinin, eləcə də Füzuli-Hadrut, Kəlbəcər-Laçın və Zəngilan-Ağbənd avtomobil yollarının tikintisi layihələrində iştirak edir.

“Rebuild Karabakh” sərgisi özümüzü bir daha tanıtmaq baxımından bizim üçün çox yaxşı bir fürsətdir. Bu, Qarabağın bərpasına həsr olunmuş xüsusi tarixi hadisədir. Öz məhsul və xidmətlərini məmnuniyyətlə təqdim edən xarici iş adamlarının sərgiyə olan böyük marağını görməkdən məmnunam. Onlar bizə, Azərbaycana görə xoşbəxtdirlər, ölkəmizin inkişafına töhfə verməkdən məmnundurlar.

“AzVirt” şirkəti də daxil olmaqla, yerli şirkətlər üçün bəlkə də ən vacib məsələ tarixi Qarabağın bərpasında iştirak faktıdır! Düşünürəm ki, bütün sərgi iştirakçıları bu fikri paylaşır. Tədbirin uğurla keçirilməsi münasibətilə hər kəsi təbrik edirəm!


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN