Ceyhun Səfərov, AzVirt MMC-nin baş direktorunun müşaviri
“AzVirt” şirkəti “Qarabağın bərpası” sərgisində öz iştirakını vacib hesab edir və işğaldan azad edilmiş ərazilərdə tikinti işlərində iştirak edir. Biz bu regionda layihələrin həyata keçirilməsi üzrə növbəti tenderlərdə iştirak edəcəyik.
Biz artıq istifadəyə verilmiş Füzuli hava limanının uçuş-enmə zolağını (uzunluğu 3000 metr, eni 60 metr), təyyarə dayanacağını və hava limanına gedən, yolu tikmişik.
Həmçinin biz Zəngilan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağını (eyni göstəricilər) və 60 min kvadratmetr sahəsi olan təyyarə dayanacağını inşa etmişik. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu hava limanının rəsmi açılışı 20 oktyabr 2022-ci ildə baş tutdu.
Tikilməkdə olan Laçın aeroportunun ərazisində torpaq işləri aparılır, orada relyef çətindir. Ancaq biz inanırıq ki, 2025-ci ilin əvvəlində bütün iş həcmini (həmçinin 3000 metrlik uçuş-enmə zolağının, təyyarə dayanacağının və hava limanına gedən yolun inşasını) başa çatdıracağıq.
Qarabağda şirkətimiz aşağıdakı avtomobil yollarında texniki göstəriciləri və fiziki işlərin həcmini müəyyən edib: Füzuli-Hadrut (13,6 km-lik hissə), Zəfər Yolu (17 km), Əhmədbəyli-Füzuli-Şuşa (17 km-lik hissə), Zəngəzur dəhlizi üzrə - Zəngilan-Ağbənd yolu (20 km), eləcə də Kəlbəcər-Laçın yolu (37,8 km).
Şirkətin Qarabağdakı layihələri bizim üçün bir prioritetdir.
Bundan əlavə, AzVirt-in Azərbaycanın digər şəhərlərində, eləcə də xaricdə - Qırğızıstanda (Cəlilabad-Oş yolu), Serbiyada (iki layihə) və Bosniya-Herseqovinada bir çox layihəsi var.