Bir çox böyük layihələrdə imzamız var

Bir çox böyük layihələrdə imzamız var

15 oktyabr 2025 0000
İnarə Məmmədova, Aparıcı Marketinq Mütəxəssisi, Crystal Group of Companies

“Crystal Group of Companies” şirkəti inşaat yönümlü şirkətdir. Şirkət 2002-ci ildən fəaliyyətə başlayıb və artıq 23 ildir fəaliyyət göstərir. Əsas fəaliyyətinə beton məhsulları ilə başlayıb. Şirkətin korporasiyasına daxildir: Kristal İnşaat, Kristal Beton, Kristal Mebel İnteryer, Kristal Nəqliyyat, Kristal Qum-çınqıl və Kristal Pen. İllər boyu bizə verilən etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və korporativ dəyərlərə önəm veririk.

Sərgi günlərində ziyarətçilər Crystal Group-un müxtəlif brendləri barədə ətraflı məlumat almaq və yeni layihələrimizlə tanış ola bilərlər. Biz bir çox dövlət əhəmiyyətli binaların, inzibati binaların təşkilində iştirak etmişik. Bir çox böyük layihələrdə imzamız var. Qarabağdakı bir çox layihələrin təşkilində, bəzilərində sıfırdan, bəzilərində isə mebel interyer, pəncərə və beton işləri ilə məşğul olmuşuq. Bunlara daxildir: Zəngilanda Ağalı oteli, Ağdam muğam mərkəzi, Ağdamda bir sıra inzibati yaşayış binaları, Şuşada bəzi binaların məhəccərlərinin hazırlanması.

Qrup şəklində biz 4 ildir ki, bu sərgidə iştirak edirik. Sərgidə bir çox işgüzar görüşlər, müzakirələr, ilkin razılaşmalar, yeni tanışlıqlar yer alır. Əminəm ki, bu görüşlərin uğurlu nəticələrini sərgi bitəndən sonar görəcəyik. Bu sərgidə növbəti illərdə də iştirak etmək niyyətindəyik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN