AZMADE Group sərgidə: Polad borulardan metal konstruksiyalara qədər geniş təqdimat

AZMADE Group sərgidə: Polad borulardan metal konstruksiyalara qədər geniş təqdimat

15 oktyabr 2025 0000
Zaur Ömərov, Marketinq şöbə müdiri, Azertexnolayn

Biz bu dəfə sərgiyə 5 şirkətdən ibarət olan AZMADE Group olaraq qatışmışıq. Bu qrupa daxil olan şirkətlər Azərtexnolayn, Spark Beton, Gobustone, Zayam Texnologiyalar Parkı və Lifting Loading Storing Service-dir.

Burada Azərtexnolayn olaraq bizim istehsal etdiyimiz polad borular, polietilen borular, çuqun tökmə məhsullarını sərgiləyirik. Qrupa daxil olan digər şirkətlərdən isə Gobustone, məsələn, məsaməli hörgü bloklarını təqdim edir; “Spark Beton” beton zavodlarının məhsullarını nümayiş etdirir; Şəmkirdə yerləşən Zəyəm Texnologiyalar Parkı müxtəlif metal konstruksiyaları təqdim edir; və beşinci şirkət tikinti kranlarının icarəyə verilməsi xidmətlərini təklif edirlər.

Azərtexnolayn olaraq biz, bu sərgiyə uzun illərdir ki, qatılırıq, sadəcə son 2 ildə qrup çərçivəsində qatılmağa başlamışıq. Sərgidə həm yerli, həm də ixrac etdiyimiz ölkələrdən köhnə müştərilərlə görüşürük. Yeni müştərilər, nə isə axtaranlar və maraqlananlar da ortaya çıxır. Köhnə müştərilərimiz hər il sərgiyə qatıldığımıza öyrəşiblər və cari əməkdaşlıqlar çərçivəsində gəlib sərgidə iş danışıqlarını bizimlə aparırlar. Həm sektorun özündə görünmək, həm də rəqibləri və müştəriləri nəzərə almaq məqsədləri baxımından sərgilərin əhəmiyyəti var. Həmçinin bu sərgi tikinti sahəsi ilə bağlı daha çox B2B tipli olduğu üçün nisbətən daha çox peşəkarları və sahənin içində olan, şirkətləri təmsil edən insanları cəlb edir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN