Yüksəkdə işləyənlər üçün təhlükəsizlik təminatı – İnşaat MS MMC-nin yeni məhsulları sərgidə
15 oktyabr 2025
0000
ŞAMİL HƏSƏNOV, "İNŞAAT" MS MMC-nin TƏSİSÇİSİ VƏ DİREKTORU
“İnşaat” MS MMC 2017-ci ildə təsis edilib və əsas fəaliyyət sahəsi yüksəkdə işləmə zamanı istifadə olunan yıxılma əleyhinə məhsulların təminatıdır. Satışını həyata keçirdiyimiz bütün məhsullar üzrə Azərbaycanda eksklüziv nümayəndə statusuna malikik və bu, bizim üçün böyük məsuliyyətdir.
Hazırda sərginin artıq ikinci günündəyik. Dünən – ilk gündə ziyarətçilərin çoxluğu bizi çox sevindirdi. İkinci gün hələ yeni başlasa da, stendimizə böyük maraq müşahidə olunur. Ən sevindirici məqam odur ki, sərgini ziyarət edənlər arasında sahə üzrə mütəxəssislər və potensial tərəfdaşlar da iştirak edir, məhsullarımızı yaxından görmək və öyrənmək imkanı əldə edirlər. Bu sərgidə iştirakımız ilk dəfədir, amma təəssüratlar çox müsbətdir. Qısa zamanda bu qədər əlaqə və maraq görmək bizi ruhlandırır.
Biz inanırıq ki, sərgi “İnşaat” MS MMC üçün yeni əməkdaşlıq imkanları açacaq və gələcək layihələrdə daha geniş iştirakımıza zəmin yaradacaq. Məqsədimiz yalnız məhsul təqdim etmək deyil, həm də təhlükəsizlik sahəsində innovativ həllərlə bazara töhfə verməkdir. Əhval-ruhiyyəmiz yüksəkdir və sərgidə əldə etdiyimiz hər bir maraq və əlaqə şirkətimiz üçün böyük motivasiyadır.