Sərgi stendləri və effektiv B2B görüşlər — vizual tanışlıq fürsəti
20 oktyabr 2025
0000
Təranə Kərimova, Satış üzrə direktor, “Era Security Group”
Şirkətimiz təhlükəsizlik sistemlərinə aid bütün məhsulları təchiz edir. Məqsədimiz Qarabağın yenidənqurma prosesində təhlükəsizlik avadanlıqları ilə dəstək göstərməkdir. İnşaat prosesi başa çatdıqdan sonra bir çox obyektlər üçün təhlükəsizlik kameraları və digər avadanlıqlar tələb olunur. Biz artıq Füzuli və Ağdamda layihələri başa vurmuşuq. UNİCO şirkəti ilə əməkdaşlıq çərçivəsində xəstəxana kameralarının quraşdırılmasını da biz həyata keçirmişik.
Qarabağa aid stendləri burada görmək bir azərbaycanlı olaraq mənim üçün qürurvericidir — mən özüm də Qarabağlıyam. Yaxşı ki, torpaqlarımız geri qayıtdı.
Əlavə olaraq qeyd edim ki, əməkdaşlıq etdiyimiz “Hikvision” şirkətinin rəsmi distribyutoru burada öz stendi ilə iştirak edir və biz onun rəsmi partnyoru olaraq buradayıq. Eyni zamanda, yeni şirkətlərlə tanış olmaq, onlarla əməkdaşlıq qurmaq və gələcək layihələrimizdə Qarabağda işlər görmək niyyətindəyik.
Sərgilərdə bir çox şirkətlər vizual olaraq tanışlıq imkanına malik olur. B2B görüşlər isə virtual görüşlərdən daha effektivdir.