Sərgi platforması ilə yeni əməkdaşlıqlar üçün imkan – Meh Textil “Rebuild Karabakh” sərgisində
15 oktyabr 2025
0000
ELVİN ƏKBƏROV, DİREKTOR, "MEH TEXTİLE"
Biz KOBİA-nın dəstəyi ilə sərginin artıq ikinci günündə iştirak edirik. Bu sərgidə ilk dəfə iştirak edirik və təəssüratlarımız çox pozitivdir. Bizim müəssisəmiz Füzuli şəhərində yerləşir və burada istehsal etdiyimiz məhsulları nümayiş etdirmək fürsəti əldə edirik. Bu sərgidə iştirakımız müəssisəmizin tanınması, məhsullarımızın geniş auditoriyaya nümayişi və yeni tərəfdaşlarla əlaqələr qurmaq üçün çox vacibdir. İlk dəfə iştirak etməyimizə baxmayaraq, əldə etdiyimiz təəssüratlar çox müsbətdir və gələcəkdə bu tip tədbirlərdə daha aktiv iştirak etmək niyyətindəyik.
“Mehtextile” MMC 2025-cu ildən tekstil sektorunda müştərilərinə fərdi yanaşma ilə üstün xidmət göstərir, müxtəlif xidmət və istehsal sahələri üçün uniformalar, promo geyimlər, fərdi sənaye sahələri üçün geyim növləri və sair istehsal edir. Hazır məhsullarımızın keyfiyyətli, komfortlu, müştərilərimiz üçün rahat olması bizim əsas prioritetimizdir. Həmin məhsuularımızı KOBİA-nın bizə yaratdığı şərait nəticəsində sərgi ziyarətçilərinə nümayiş edirik.
Sərgi platforması həm yerli, həm də beynəlxalq tərəfdaşlarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və məhsullarımızın üstünlüklərini nümayiş etdirmək üçün ideal imkan yaradır. Biz əminik ki, belə sərgilər müəssisəmizin inkişafına və məhsullarımızın bazarda tanınmasına böyük töhfə verəcək. Hər bir maraqlı ziyarətçi və hər bir qarşılıqlı əlaqə bizim üçün həm motivasiya, həm də gələcək üçün yeni imkanların başlanğıcıdır. Biz Qarabağ bölgəsində çalışırıq və sərgi vasitəsi ilə bizim torpaqlarda biznes üçün yaranan imkanları da nümayiş edirik