Sərgilərdə hər zaman sağlam rəqabət hökm sürür

Sərgilərdə hər zaman sağlam rəqabət hökm sürür

21 oktyabr 2023 0000
Hüseyn Zeynalov, STASCO təmir-tikinti şirkətinin direktoru

- Mən tikinti sərgisində müntəzəm olaraq iştirak edirəm. Ekspozisiya ildən-ilə artdıqca, mənim də marağım artır. Əks halda sərgi öz aktuallığını itirərdi. Bu gün İtaliya və Rusiyadan gələn mallar məni müsbət mənada təəccübləndirdi

Sərgilərdə yeni məhsullarla yanaşı, hər zaman sağlam rəqabət də hökm sürür. Şirkət nümayəndələri potensial müştərilər tapmaq üçün güzəştə gedərək, qiymətləri aşağı salır. Mənim fikrimcə, bu, qarşılıqlı faydalı tərəfdaşlığın göstəricisidir. Beynəlxalq şirkətlər öz malları üçün yerli distribyutorlar tapır, törəmə şirkətlər və satış nöqtələri açırlar. Onların vəsaitləri iqtisadiyyatımıza axın edəcək.

Bundan əlavə, sərgilər bizə qələbə və məğlubiyyətlərimizi görməyə kömək edir. Məsələn, burada təqdim olunan radiatorları götürək. 20 il əvvəl mən bir layihə hazırlamışdım ki, bu cihazları Dubaydan gətirməyi planlaşdırırdı. Planın həyata keçirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti tələb olunurdu. Təəssüf ki, mən həmin vəsaitləri tapa bilmədim. Lakin rus istehsalçıları ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, 30-a qədər ixtisaslaşdırılmış zavod açmağa müvəffəq oldular. Azərbaycanda belə müəssisələrə ehtiyacı var: bu bir tərəfdən əlavə kapital, digər tərəfdən isə yeni iş yerləri deməkdir.

İşğaldan azad edilmiş torpaqların yenidən bərpası ilə məşğul olan tikinti şirkətlərinin stendlərini xüsusilə qeyd etmək istərdim. Əgər onların nümayəndələri hər hansı avadanlıqla bağlı bizim şirkətlə əlaqə saxlasalar, biz böyük məmnuniyyətlə, müqavilə bağlayaraq, Qarabağın yenidən qurulmasına öz töhfəmizi verməyə hazırıq. Məsələn, mən 1993-cü ildə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi ilə birgə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin və Füzulinin bərpası sahəsində işləmişəm. İmkan olarsa, biz bu işi davam etdirərik.

Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN