Rokoldan geniş çeşiddə məhsullar

Rokoldan geniş çeşiddə məhsullar

15 oktyabr 2024 0000
Ahmet Uysal, 
“Rokol” şirkətinin boyalar üzrə texnologiya direktoru

“Rokol”, “Matanat-A” şirkətinin rəsmi lak-boya istehsalçısıdır. Şirkət tikinti, istehsal, dekorativ, sintetik, silikon, akril, antikorozif, antibakterial, tekstural, fasad və digər növ boyaların istehsalında ixtisaslaşır. “Rokol” məhsulları geniş istehlakçı auditoriyasının tələblərinə cavab verir. “Rokol”  boyaları klassik və neoklassik təmir işlərində, həmçinin müasir təmir sistemlərində, o cümlədən “ağıllı ev” sistemlərində uğurla istifadə olunur. Məhsulun xərcləri həm tikinti şirkətləri, həm də ev sahibləri üçün sərfəlidir.

Azərbaycanın lak-boya istehsalçıları arasında «Rokol» ən geniş məhsul çeşidini təqdim edir, bunun bir hissəsini bu sərgidə nümayiş etdiririk. Ən vacibi, “ROKOL” boyalarına “Matanat-A” şirkəti tərəfindən zəmanət verilir.

“Matanat-A” Beynəlxalq Tikinti “BakuBuild” sərgisində davamlı iştirakçıdır. Bu, bizim üçün həmişə xüsusi bir hadisədir. Müasir dünyada şirkətin fəaliyyəti və məhsulları haqqında məlumat əldə etmək olduqca asandır, məsələn, İnternet vasitəsilə. Sərginin əhəmiyyəti və effektivliyi, üzü üzə ünsiyyət və məhsulu nümayiş etdirmək üçün mükəmməl bir fürsət təqdim etməsindədir.

Əminəm ki, bu sərgi də əvvəlki sərgilər qədər uğurlu olacaq. Sərginin ilk saatları göstərdi ki, bizim məhsulumuza maraq böyükdür. Hətta “Matanat-A2 ilə uzun illər əməkdaşlıq edən sabit tərəfdaşlarımız belə, bizdə boya istehsalı bölməsinin açıldığını bilmirdilər. Beləliklə, “Rokol” şirkətinin stendinə xoş gəlmisiniz!

Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN