Qarabağ Azərbaycandır! Mən fəxr edirəm ki, bu gözəl ölkənin vətəndaşıyam!

Qarabağ Azərbaycandır! Mən fəxr edirəm ki, bu gözəl ölkənin vətəndaşıyam!

21 oktyabr 2023 0000

Məzahir Orucov, "Nurgun motors" şirkətinin anbardarı

- Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm, yaralanmışam və II qrup əliləm. Mənim üçün Qarabağa həsr olunmuş sərgi xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, hazırda Qarabağımızın bərpasına böyük diqqət yetirilir. Bunu "Rebuild Karabakh" sərgisində təqdim olunan stendlər göstərir, burada azad edilmiş torpaqların yenidənqurma layihələrini görə bilərsiniz.

Hesab edirəm ki, beynəlxalq səviyyəli sərgi ziyarətçilərə həm yerli, həm də xarici şirkətlərin təklif etdiyi məhsullarla yaxından tanış olmaq imkanı verir. Bu yaxınlarda öyrəndim ki, Qarabağ iqtisadi rayonunun inkişaf prosesinə yerli "Mətanət A" brendi qoşulub.

"Rebuild Karabakh" sərgisi sayəsində Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Sadıq Sadıqovla görüşdüm və o, Füzulidə, Zəngilanda və Ağdamda aparılan bərpa işlərindən danışdı. İşğaldan azad edilmiş ərazilərdə tikiləcək evlərin maketləri sərgidə əyani vəsait kimi təqdim edilib.

Əminəm ki, uğur qazanacağıq! Allah Baş Komandan İlham Əliyevi, Azərbaycan ordusunu və xalqını qorusun. Qarabağ Azərbaycandır! Mən fəxr edirəm ki, bu gözəl ölkənin vətəndaşıyam.


Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN