Biz Qarabağın bərpasında iştirak etməyə məmnun olarıq!

Biz Qarabağın bərpasında iştirak etməyə məmnun olarıq!

17 oktyabr 2024 0000


Nərgiz Şoisləmova, TEXNOPARK-nın müavin direktoru, Özbəkistan

TEXNOPARK – Taşkənddə yerləşən iyirmi fabrikdən ibarət kompleksidir. Fabriklər əsasən üç istiqamətə ayrılır. Bəziləri sənaye elektrik avadanlığı istehsal edir, məsələn, geniş sahələr üçün soyutma sistemləri. Digərləri isə sənaye istilik sistemlərinə ixtisaslaşıb – bunlar qazlar, panel radiatorlarıdır. Həmçinin, inşaat materialları, liftlər, panellər, eskalatorlar və digər avadanlıqlar var. Hörmətli Prezident İlham Əliyev 2022-ci ildə bizim texnoparkımızda olub və məhsullarımızla tanış olub.

Azərbaycandan iş adamları bizə gəlir, amma bu əlaqələri gücləndirmək və genişləndirmək istəyirik ki, daha çox mütəxəssis məhsullarımızla yaxından tanış olsun. Bu, yaxın işgüzar münasibətlərin qurulmasına kömək edəcək. Biz qürurla Azərbaycana gəldik, bilirik ki, sizin ölkəniz gələcəyə inamla irəliləyir və müasir inkişaf edən bazara malikdir. Buna görə də burada öz innovasiyalarımızı, layihələrimizi nümayiş etdirmək faydalıdır, ümid edirik ki, azərbaycanlı tərəfdaşlar onları iri obyektlərdə tətbiq edə biləcəklər. Qarabağın bərpasında iştirak etmək və bu missiya ilə bağlı layihələrdə iştirak etmək istərdik.

Məhsullarımız müxtəlif markalarla təmsil olunur, məsələn, AKFA BUILD, bu markayla biz eyni anda BakuBuild və Aquatherm Baku sərgilərində iştirak edirik. Bu gün biz İtalyan markası Ferroli-nin sənaye qazlarını təqdim edirik. Həmçinin günəş su qızdırıcıları, iri çiller — iqlim sistemləri təqdim edirik. Eyni zamanda, sərnişin, yük, panoramik və xəstəxana liftləri də var. Bütün məhsullar beynəlxalq sertifikatlarla təmin olunub. Qeyd edim ki, bizim istehsal güclərimiz böyük bir sifarişi yerinə yetirməyə imkan tanıyır, məsələn, ildə iki min lift istehsal etmək.

Sərgi çox sayda ziyarətçi ilə yadda qaldı. Belə tədbirlərin faydası ondan ibarətdir ki, burada rəqiblərlə görüşürsən, onların məhsullarını öyrənib analiz edə bilirsən və əlbəttə ki, öz uğurlarını təqdim edə bilirsən. Hər bir ziyarətçiyə şəxsi cavab vermək, tanış olmaq, fikirləri mübadilə etmək mümkündür ki, bu da onlayn ünsiyyətdən daha üstün hesab olunur. Şübhəsiz, sərgi — bu, xalqlar arasında dostluq münasibətlərinin səmərəli modeli, bir ünsiyyət alətidir."

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN