Biz bu sərgiyə çox dəyərli 9 Macar şirkəti ilə gəlmişik

Biz bu sərgiyə çox dəyərli 9 Macar şirkəti ilə gəlmişik

20 oktyabr 2023 0000
Gábor Jenei (İcraçı direktor), Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA)

Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) Macarıstan KOB-larının məhsul və xidmətlərini xaricə çıxarmaları üçün peşəkar xidmət və təşviqlər təqdim edir. Biz Macarıstanın Milli İxrac Strategiyasında (NEXT) müəyyən edilmiş məqsədlərə uyğun olaraq Macar şirkətlərinin ixrac fəaliyyətlərini dəstəkləmək məqsədilə çoxsaylı xidmətlər təklif edirik. HEPA bazar araşdırmaları, biznes konsultasiyaları və ixrac yönümlü təlimlər vasitəsilə beynəlxalq ticarət əlaqələrini dəstəkləyir. Biz tərəfdaşlarımıza bazara aid məlumatlara əlavə olaraq, uğurlu biznes əməliyyatları üçün zəruri olan mədəniyyətlərarası bilikləri də təqdim edir, həmçinin xarici bazar imkanlarını araşdırmaqda, Macarıstanın beynəlxalq rəqabətədavamlı şirkət, məhsul və xidmətlərini müəyyən edib, inkişaf etdirmək və dəstəkləməkdə onlara köməklik göstəririk.
Bizim missiyamız Macar şirkətlərinə ixracatda yetkinlik dərəcələrinə əsasən fərdiləşdirilmiş xidmətlər təqdim etməkdir. Macarıstanın ixracatı 2014-cü ildən etibarən hər il rekord qırır və xarici bazarlara çıxmaq yerli şirkətlər üçün əla fürsətdir. HEPA-nın iqtisadi diplomatik səyləri və işgüzar əlaqələri nəticəsində dünya səviyyəli Macar məhsulları beynəlxalq bazarlara çıxarıla bilər.
Dünyanın demək olar ki, hər bir ölkəsində mövcudluğumuzu təmin etmək məqsədilə biz Xarici İşlər və Ticarət Nazirliyinin ticarət attaşeləri şəbəkəsi və Tərəfdaş Ofislərimizlə əməkdaşlıq edirik. Biz bilirik ki, şəxsən iştirak, birbaşa əlaqələr və məhsul və xidmətlərin bazarda düzgün yerləşdirilməsi əməliyyatların müvəffəqiyyəti üçün vacibdir. Bunu həyata keçirmək üçün tərəfdaşlarımıza bir neçə alət təqdim edirik. Bunlara ticarət yarmarkalarında müntəzəm iştirak, biznes forumlarının təşkili, peşəkar tədbirlər üçün xarici və yerli nümayəndə heyətləri, biznes tərəfdaş vasitəçiliyi və işgüzar görüşlər daxildir.

Biz bu sərgiyə yüksək peşəkarlıq səviyyəsi və əhəmiyyətli beynəlxalq təcrübəni nümayiş etdirən 9 çox dəyərli Macar şirkəti ilə gəlmişik. 4iG, Budapest Waterworks, Graboplast, Ikont, KÉSZ Group, Realiscon, V-Híd, Vibrocomp və X5 Chair regionda potensial əməkdaşlıq qurmaq üçün bu ölkənin bizneslərini salamlayır.

Bu 9 şirkətimiz tikinti sənayesi ilə bağlı müasir texnologiyaları təmsil edir. Macarıstan stendində mülki və hüdür mərtəbəli tikinti və tikinti mühəndisliyi ilə yanaşı, su sənayesi (suyun təmizlənməsi və kommunal istismarı), İT (şəbəkənin yaradılması, İT təhlükəsizlik və əməliyyatlar, tikintidə idarəetmə üzrə proqram həlləri və ağıllı şəhər) və sənaye döşəmələri üçün innovativ həllər kimi ixtisaslaşmış sahələr də təqdim olunur.

Məqsədyönlü olaraq yaradılmış bu sərgi şirkətlərimizin tərəfdaş axtarışı imkanlarını maksimum dərəcədə artırmaq üçün əla fürsətdir. Biz yerli biliklərə malik, AB ölkələri ilə rəqabət aparacaq yüksək keyfiyyətli texnologiyaya malik şirkətləri seçmişik. Bunu xarici bazarlarda şirkətlərimiz barədə verilən yüksək rəylər də təsdiqləyir.

Ümid edirik ki, ötən dövrün giriş mərhələsindən sonra (bu, bizim iştirak etdiyimiz 3-cü Rebuild Karabah sərgisidir) yaxın vaxtlarda konkret sifarişlər təklif olunacaq. Bunun əlamətləri bugünkü danışıqlardan aydın görünür.

Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN