Vaqif Qayıbov, "AZESERT" şirkətinin aparıcı eksperti, auditor
Uzun illərdir tikinti sahəsində çalışıram. Bakı şəhərində iyirmidən çox binanın tikintisində iştirak etmiş, tikintiyə nəzarət və tikinti materiallarının və avadanlıqlarının sertifikatlaşdırılması üzrə müxtəlif təşkilatlarda işləmişəm.
Sərgi mənim üçün doğmadır və daim bu sərgiyə gəlirəm. Həmişə texniki yeniliklərlə tanış olmağa, müxtəlif avadanlıq və tikinti materiallarının əvvəlki modelləri ilə müqayisə aparmağa çalışıram. Fəaliyyətim sahəsində yeniliklərdən xəbərdar olmaq çox vacibdir və sərgi maksimum faydalanmağa, eyni platformada müxtəlif firmaların məhsul keyfiyyətinin bütün xüsusiyyətləri ilə tanış olmağa imkan yaradır.
Bir çox şirkətlər mənə yaxşı tanışdır. Burada "Azvirt", "Arkoz Qazax Sement Zavodu", "Corella" brendlərini görmək çox xoş oldu. Eyni zamanda, maraqlı müasir həllər təklif edən bir çox yeni şirkət kəşf etdim.
Sərginin ən mühüm stendlərindən biri Qarabağın bərpasına həsr olunub və mənim diqqətimi məhz bu ekspozisiya cəlb etdi. Mən Ağdam Sənaye Parkının, Şuşada və Xocalıda digər iri layihələrin tikintisi prosesi ilə tanışam. Onlardan bir neçəsi bu sərgidə təqdim olunur. Qeyd etmək istəyirəm ki, Qarabağda həyata keçirilən bütün layihələr ən yüksək səviyyədə və keyfiyyətdədir. Biz böyük qələbə qazanmışıq və Qarabağda görüləsi işlər çoxdur. Sərgi Qarabağla bağlı layihələrin əksəriyyətini, onların həyata keçirilmə yollarını və bu prosesdə iştirak edən strukturları əyani şəkildə nümayiş etdirir.