Seymur İsmayılov, “Azergoktel” MMC-nin ticarət əməliyyatları üzrə meneceri:
Şirkətimiz “BakuBuild” və “Rebuild Karabakh” sərgilərində ilk dəfə iştirak edir, onların təşkili və yeni müştərilər və yeni sifarişlər tapmaq imkanlarından razıyıq.
Bizim Abşeron yarımadasında fəaliyyət göstərən kabel zavodumuz var – bu, 22 il əvvəl müstəqil Azərbaycanda yaradılmış və 1 kilovolta qədər gərginlikdə müxtəlif kabel məhsulları istehsal edən ilk ixtisaslaşmış özəl müəssisədir.
Biz Qarabağın bərpasında fəal iştirak etməyi həqiqətən istəyirik və bunu öz vətəndaşlıq borcumuz hesab edirik. Biz Azərbaycanın bu bölgəsinə elektrik naqillərinin təchizatı üzrə bir tenderi artıq qazanmışıq və Azərbaycanın bu incisinin sürətli inkişafı kimi ümumi iş üçün bütün səyləri göstərmək niyyətində olduğumuza görə, Qarabağda layihələr axtarışını davam etdirməyi planlaşdırırıq.
Bizim ümumilikdə 125 müştərimiz var ki, iri müştərilərimizdən SOCAR, TEKFEN şirkətlərinin, Xəzər Dəniz Gəmiçiliyinin adlarını qeyd edə bilərik.
Məhsullarımızı ölkənin aparıcı tikinti şirkətləri satın alır.
Həmçinin, məhsullarımız özəl müqavilələr əsasında Rusiya Federasiyası, BƏƏ, Konqo Demokratik Respublikasına təchiz edilib.
Məhsullarımız rəqabət qabiliyyətlidir, zavodumuzda Almaniya və Türkiyədən gətirilən avadanlıqlar quraşdırılıb və istehsalın genişləndirilməsi planlaşdırılır.
Şirkətin planları arasında Afrika qitəsinə məhsul təchizatını artırmaq, Avropa və Asiyaya ixracatı başlatmaq da var.