Təcrübə paylaşımı və yeni biliklərin əldə olunması

Təcrübə paylaşımı və yeni biliklərin əldə olunması

20 oktyabr 2025 0000

Nazim Quliyev, Baş Direktor, İman-N kiçik müəssisəsi
Mən Sumqayıtda yerləşən kiçik müəssisəni təmsil edirəm. Şirkətimiz metal konstruksiya işləri ilə məşğuldur. İşimizlə bağlı sərgilərə artıq 20 ildən çoxdur ki, qatılırıq və son 5 ildə keçirilən «Rebuild Karabakh» sərgisi yenə də marağımı cəlb etdi.
Qarabağın bərpası ilə bağlı stendləri bəyəndim və bu məqsədə xidmət etmək istəyən şirkətlərin niyyətini dəstəkləyirəm. Biz birbaşa Qarabağın yenidənqurma işlərində iştirak etməsək də, müəssisəmiz orada işləyən şirkətlər üçün müəyyən dəstək işləri görüb. Bizim müəssisəmiz elə iri müəssisə deyil ki, Qarabağda sifariş götürüb işləri icra etsin, amma bunu edən şirkətlərə dəstək olmağa çalışırıq.
Sərgidən istifadə edərək əlaqələr qururam, hamı ilə danışmağa çalışıram və müəssisəmiz haqqında məlumat verirəm. Bu gün kəşfiyyata gəldim, sabah isə digər işçilərimizi göndərəcəyəm ki, onlar da mütəxəssis gözü ilə baxa bilsinlər. Sərgidə bir çox yeni xarici şirkətlər iştirak edir və onlarla təkrar, daha ətraflı danışmaq lazımdır.
Bu baxımdan sərgilər çox əhəmiyyətlidir. Gör-götür dünyasıdır: hər gəlişdə yeni nələrsə öyrənirik.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN