Qarabağda quruculuq və bərpa işlər

Qarabağda quruculuq və bərpa işlər

20 oktyabr 2023 0000
Fərman Qurbanlı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmışdır. Agentliyin yaradılmasında əsas məqsəd ölkə vətəndaşlarının yaşayış sahəsinə olan tələbatını təmin etmək, onların mənzil-kommunal şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Bu günə kimi agentliyimiz tərəfindən 11 mindən çox mənzil tikilib, 8471 ailə artıq mənzillə təmin olunub. Bundan əlavə, Bakı ilə paralel olaraq Sumqayıt, Lənkəran, Şirvan və Yevlaxda da yeddi tikinti layihəsi həyata keçirilməkdədir.

Qarabağın bərpası çərçivəsində agentliyimiz tərəfindən Füzuli və Cəbrayıl rayonlarında yaşayış kompleksləri tikilir. Füzuli rayonunda inşa edilən kompleksimiz 38 binada yerləşən 846 mənzildən ibarətdir. Füzuli şəhəri günündə kompleksimizdəki istirahət parkında böyük tədbir baş tutdu. Cəbrayıl rayonunda həyata keçirilən layihəyə əsasən isə, 33 binada yerləşən 712 mənzil tikilib.

İlk sərgidən bəri biz Xəzər İnşaat Həftəsində iştirak edirik. Tikintiyə, xüsusən də Qarabağın yenidən bərpası mövzusuna bütün iştirakçıların marağı müşahidə olunur. Və bizim məqsədimiz ziyarətçilərə işğaldan azad edilmiş torpaqlarda agentliyin apardığı tikinti-bərpa işləri barədə məlumat verməkdi

Baş sponsor

Rəsmi Bank

Rəqəmsal həllər üzrə tərəfdaş

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN