Ən yaxşı yol təchizatçıları, satıcıları və müştəriləri bir yerdə birləşdirməkdir!
16 oktyabr 2024
0000
Andrey Belogortsev
Regional Komanda Rəhbəri
Planradar, BƏƏ
Mən Avstriyanın aparıcı IT şirkətini təmsil edirəm, bu şirkət tikinti şirkətlərinin rəqəmsal transformasiyasına yönəlib. Biz prosesləri sadələşdirərək, şirkətlərin daha sürətli və daha yüksək keyfiyyətlə tikinti işləri aparmalarına və əlavə xərcləri azaltmalarına kömək edirik. Biz yalnız bir məhsul təqdim edirik, adı Planradar. Bu platforma layihənin bütün iştirakçılarını, o cümlədən müştəri, investor, ümumi podratçı, mühəndislər və layihə komandalarını birləşdirərək, tərəflər arasında çox səmərəli kommunikasiya qurmağa kömək edir. Eyni zamanda, sahədə istifadə edilə bilən mobil tətbiqimiz də var. O, həmçinin oflayn rejimi dəstəkləyir, beləliklə, internet bağlantısı olmadan da istifadə oluna bilər. Tətbiqin detallarını istifadə edən şirkətin ehtiyaclarına uyğun olaraq fərdiləşdirmək mümkündür: əgər bu memarlıq bürosu, ümumi podratçı və ya daşınmaz əmlak inkişaf etdiricisidirsə, tətbiq onların tələblərinə uyğunlaşdırılır.
Garabağ Yenidənqurma Qrupu bizim müştərimizdir. Həmçinin, Conco Construction şirkəti də Qarabağın bərpasında iştirak edir. Biz onlara tikinti layihələrini daha effektiv idarə etməyin yeni yollarını təqdim edirik. Biz Azərbaycanda cəmi 1,5 il əvvəl bazara daxil olduq. Eyni zamanda, alətimizi lokallaşdıraraq daha əvvəl mövcud olan 24 dilə azərbaycan dilini də əlavə etdik.
Bu sərgidə artıq üçüncü dəfədir iştirak edirik. Şirkətimiz genişlənir və Azərbaycan bizim hədəf bazarlarımızdan biridir. Bu tədbir, təchizatçıları, satıcıları və müştəriləri bir yerdə birləşdirmək üçün ən yaxşı yoldur. Bu şəkildə internetdə vaxt itirmək əvəzinə birbaşa şirkətlərlə əlaqə qurmaq mümkündür. Bizim üçün bu, həmçinin önəmlidir, çünki biz daim inkişaf edirik bu səbəbdən müştərilərimizdən və potensial müştərilərimizdən geribildirim almalı və onların problemli nöqtələrini öyrənməliyik ki, bu məsələləri həll edərək məhsulumuzu da inkişaf etdirək. Bu il sərginin ziyarətçilərinin sayı təqdirəlayiqdir. Bir neçə mühüm əlaqə qurmuşuq, buna görə ümumi rəylərimiz müsbətdir, baxmayaraq ki, sərgi hələ ikinci gündədir."