Xəbərlər

Rebuild Karabakh - Qarabağ - çiçəklən!

Qarabağ - çiçəklən!

21.10.2022

Xəbərlər

Xəqani Hümbətov, Azərbaycanın “Turkes Dekor 2010”şirkətinin rəhbəri:

Tikinti sərgisini ziyarət etmək mənim üçün maraqlı oldu, mən və dostum mebel istehsalı və tikinti sənayesi üzrə ixtisaslaşdığımız üçün, biz müxtəlif stendlərdə hələ açıq satışda olmayan mallara rast gəldik.

“ReBuild Karabakh” sərgisinə gəlincə, biz bir vətənpərvər kimi bu bölgədə aparılan quruculuq işlərinin fantastik sürətini görməkdən məmnunuq. Bizim qürur hissimiz aşıb-daşır!

Mən artıq bir neçə dəfə, xüsusən də şirkətin işi ilə bağlı Qarabağa səfər etmişəm. Mən Ağdamda, Füzulidə, Şuşada, Zəngilanda olmuşam.

Əminəm ki, bu ərazilər çiçəklənəcək. Ən yüksək keyfiyyət səviyyəsində həqiqi bərpa fəaliyyəti həyata keçirilir və hesab edirəm ki, orada kiçik özəl şirkətlər üçün iş imkanı olacaq.