Xəbərlər

Rebuild Karabakh - “Rebuild Karabakh 2021” sərgisi: torpaqlarımızı canlandıracağıq!

“Rebuild Karabakh 2021” sərgisi: torpaqlarımızı canlandıracağıq!

22.10.2021

Xəbərlər

Oktyabr ayının 22-də ənənəvi Xəzər İnşaat Həftəsi çərçivəsində start götürmüş və milli inkişaf rəmzinə çevrilmiş 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh 2021”) sərgisi Bakı Ekspo Mərkəzində öz işini yekunlaşdırıb.

Dünyanın diqqətini Qarabağın bərpasına və inkişafına cəlb etmək üçün çoxdan gözlənilən bu tədbir həm yerli iştirakçılar, həm də xarici qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı. Çoxsaylı şirkət və strukturların sərgiyə göstərdikləri böyük maraq  sevindirici faktdır. Birinci “Rebuild Karabakh”  sərgisində Macarıstan, Almaniya, Gürcüstan, İsrail və Türkiyənin milli pavilyonları iştirak edib. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatalarının dəstəyi ilə təşkil edilib. İştirakçılar arasında Azərbaycanın bir çox dövlət strukturları və özəl şirkətləri yer alır.

“Caspian Event Organisers” və Qarabağ Dirçəliş Fondu arasında Anlaşma Memorandumunun imzalanması da diqqətəlayiqdir. Memoranduma əsasən, “Rebuild Karabakh”  sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi Qarabağın Dirçəliş Fonduna köçürüləcək. Fonda köçürülən ianələr azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrə əlavə dəstək olub.

Sərginin işgüzar proqramına “Azərbaycanda yaradılan biznes mühiti və investisiya imkanları”, “Azad edilmiş ərazilərin iqtisadi, investisiya və turizm potensialı” kimi mövzularda təqdimatlar və tədbirlər daxildir. Qarabağda həyata keçirilməsi üçün təklif olunan layihələr, “Made in Karabakh” ticarət nişanının təqdimatı; “Qarabağın enerji potensialı - azad edilmiş rayonlarda “yaşıl enerjinin” inkişafı, regionun müharibədən sonrakı yenidən qurulması üçün imkanlar” və başqa layihələr.

Mədəni proqram çərçivəsində sərginin keçirildiyi bütün günlərdə foyedə xüsusi olaraq təşkil edilmiş “Qarabağ inciləri” zonasında Qarabağ regionunun zəngin musiqi irsini əks etdirən tədbirlər keçirilib. Eksponatlar arasında uşaqlar üçün Qarabağ haqqında kitablar, Qarabağ regionunun geyimləri, “Qarabağ” şahmat fiqurları, Qarabağ xalçaları, Qarabağ mənzərələri fonunda öz şəklinizi çəkmək və bu şəkli dərhal özünüzə və ya sosial şəbəkələrə göndərmək imkanı verən 360 dərəcəlik video-spiner və başqa imkanlar var.

Qarabağ Dirçəliş Fondu Qarabağ mövzusunda “Əvvəl və sonra” fotoşəkillərindən ibarət sərgi təşkil edəcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə sərginin üçüncü günü foyedə “Mədəniyyət naminə sülh” mədəni proqramı təqdim edilib.

Layihə 26-cı Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2021”) və 13-cü Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” (“Aquatherm Baku 2021”)  sərgilərini bir ayara gətirib.

Sərgilərin təşkilatçıları qismində “Caspian Event Organisers” şirkəti onun tərəfdaşları olan “Iteca Caspian”, “Caspian Event Management FZ-LLC”, “ICA Eurasia FZ-LLC” və s. şirkətlər çıxış edib.

Birinci “Rebuild Karabakh” sərgisi bir çox dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənib.


Tərəfdaşlar