Xəbərlər

Rebuild Karabakh - Aqro-parklar, anbarlar, qurutma kameraları və təmizləyici tikintisi sahəsində təcrübə ...

Aqro-parklar, anbarlar, qurutma kameraları və təmizləyici tikintisi sahəsində təcrübə ...

22.10.2021

Xəbərlər

Pərviz Bəylərov, “Silo Construction” MMC-nin satış üzrə meneceri:

“Silo Construction LLC” Türkiyənin “Mysilo” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Bütün konstruksiyalar ölkəmizə Türkiyədən gəlir, biz ancaq onların quraşdırılmasını və istismara verilməsini həyata keçiririk. Şirkətimizin əsas fəaliyyət sahələri anbar, qurutma kameraları, təmizləyicilərin və s. quraşdırılması, yığılması və inşasıdır. “Silo Construction” şirkəti artıq aqro-parkların inşası üçün layihələr həyata keçirib və bunlar dövlət əhəmiyyətli layihələrdir!

Şirkətimiz Azərbaycanın aparıcı sərgi layihələrinin təşkilatçısı ilə daim əməkdaşlıq edir. Sərgilərdə iştirak daimi tərəfdaşlar və müştərilər tapmaq üçün əla imkan yaradır, yəni inkişaf etmək və yeni zirvələrə çatmaq imkanı verir. Biz istər dövlət, istər özəl sektor ilə əməkdaşlığa daim hazırıq. Yeri gəlmişkən, artıq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə uğurla əməkdaşlıq edirik. Nazirliyin xəti ilə tərəfimizdən respublikanın Şəki və İsmayıllı rayonlarında ən son layihələr həyata keçirilib. Biz ölkənin işğaldan azad edilmiş ərazilərinin tezliklə bərpasına, orada kənd təsərrüfatı sahəsində irimiqyaslı layihələrin həyata keçirilməsinə də çox ümid edirik və bu prosesə töhfə verməyə hazırıq.

“BakuBuild” və “Rebuild Karabakh” sərgilərini əla təşkil etdiyinə görə şirkətimiz adından “Caspian Event Organisers” şirkətinə təşəkkür edirəm və onlara gələcək işlərində uğurlar arzulayıram.


Tərəfdaşlar