Xəbərlər

Rebuild Karabakh - “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri böyük təəssürat yaratdı!

“BakuBuild” və “Rebuild Karabakh” sərgiləri böyük təəssürat yaratdı!

22.10.2021

Xəbərlər

Namiq Cavadov, “Inkoel” MMC-nin direktoru

“Inkoel” şirkəti iki istiqamətdə fəaliyyət göstərir – “Digital Transformation” istehsal proseslərinin avtomatlaşdırılması və “Energy Transition” indi hər kəsin haqqında danışdığı “yaşıl” energetika. Biz ümumi sistemə inteqrasiya olunmuş öz “Microgrid” sistemlərimizi hazırlayırıq. Bunlar “ağıllı” sistemlərdir, biz işin bütün sahələrinə rəqəmsallaşma prizmasından baxırıq. Biz bununla da digər şirkətlərdən fərqlənirik.

“Inkoel” şirkəti həmçinin yeni texnologiyalardan istifadə edilən enerji yükləmə sistemlərini hazırlayır və yığır. Ancaq bizim əsas işimiz infrastrukturun yaradılması, proqram təminatını təqdim etməkdir. Giriş müştərinin istəyindən asılı olaraq rəqəmsal protokollar, RFID, kameralar vasitəsilə həyata keçirilir.

“BakuBuild” və “Rebuild Karabakh” sərgiləri böyük təəssürat yaratdı! Mən həm ziyarətçilərdən, həm də iştirakçılardan belə böyük maraq gözləmirdim. Bütün pavilyonlar məlumatlandırıcı şəkildə təchiz olunub, hamısı çox iddialıdır, artıq hazır həll variantlarını təqdim edir. Görünür, peşəkarlar sərgi tədbirləri üçün darıxıblar. İnsanlar istiqamətləri və təmayülləri fəal şəkildə öyrənirlər. Düşünürəm ki, bunlar biznesin, bütövlükdə ölkənin və əlbəttə ki, Qarabağ bölgəsinin daha da inkişafına təkan verəcək çox səmərəli sərgilərdir.

Qeyd edim ki, şirkətimiz Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirak etməkdə maraqlıdır. Artıq bu istiqamətdə danışıqlar aparılır, üstəlik, bir neçə təşəbbüs üzrə müsbət nəticəyə ümid edirik.


Tərəfdaşlar