Xəbərlər

Rebuild Karabakh - İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri

İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri

22.10.2021

Xəbərlər

Gülmiyə Aşırova, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndəsi:

İsrail Dövlətinin milli stendi xüsusi olaraq “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri üçün hazırlanmışdır. İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının stendində müxtəlif fəaliyyət sahələri olan altı şirkəti təqdim edilir. “Magal Security Systems” və “Elbit Systems” şirkətləri təhlükəsizlik mühəndisliyi sahəsində, “Metafim” və “AgriGo” şirkətləri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir və damcı suvarma, istixana tikintisi və yüksək texnologiyalı heyvandarlıq kompleksləri üzrə ixtisaslaşıb. “IDE Technologies” şirkəti çirkab suların təmizlənməsi qurğuları və duzdan təmizlənməsi ilə, “Cellopark” şirkəti isə şəhərlərdə nəqliyyatın idarə edilməsi və “ağıllı park yerləri” ilə məşğuldur.

İsrailin Azərbaycandakı səfiri Corc Dik və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun, “BakuBuild” və “Rebuild Karabakh” sərgilərinin təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirdilər. Mükəmməl bir ünsiyyət vasitəsi olan möhtəşəm tədbirlərə görə təşkilatçılara təşəkkür edirik. “Rebuild Karabakh” kimi sərgi münasibətilə Azərbaycanı təbrik edirik! Bu, bir çox ciddi layihələrin həyata keçirilməsinə təkan verəcək mühüm hadisədir.

İsrail biznesi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası məqsədi ilə həyata keçiriləcək layihələrdə maraqlıdır. Bu gün İsrailin Milli stendində təqdim olunan şirkətlər artıq Azərbaycanda işləyir. İsrail və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə ümid edirik. Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkə iqtisadiyyatının daha da inkişafı və digər dövlətlərlə, xüsusən də İsrail kimi etibarlı tərəfdaşlarla qarşılıqlı əlaqənin genişlənməsi üçün yeni imkanlar yaradıb.


Tərəfdaşlar