Xəbərlər

Rebuild Karabakh - Qarabağda sənaye parklarının yaradılmasına hazırlıq

Qarabağda sənaye parklarının yaradılmasına hazırlıq

22.10.2021

Xəbərlər

Samir Məmmədov, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin İnvestisiyalar və biznesə dəstək şöbəsinin rəhbəri

“Rebuild Karabakh” sərgisində biz Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyini təmsil edirik. Məqsədimiz isə ziyarətçiləri Azərbaycanda qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən işlər ilə tanış etmək, yeni sənaye parklarını, sənaye parklarının rezidentlərinə verilən imkanları nümayiş etdirməkdir.

Sərgidə eyni zamanda 190 hektar ərazisi olan Ağdam sənaye parkı və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz vadisi İqtisadi zonası” sənaye parkı təqdim olunur. Hazırda hər iki park planlaşdırma mərhələsindədir. Ağdamda sənaye parkının yaradılmasının birinci mərhələsi ərazinin minalardan təmizlənməsi ilə bağlıdır. Ağdamda infrastruktur işləri aparılır, elektrik xətləri, su boruları və digər kommunikasiyalar çəkilir.

Biz sənaye parklarının rezidenti ola biləcək şirkətlər, müəssisələr, istehsal sahələrinin yerləşdirilməsində maraqlı tərəfdaşlar tapmağa çalışırıq. Azərbaycan hökuməti qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirir və sənaye parklarımız bu prosesdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində böyük rol oynayır.

Ağdam sənaye parkının və “Araz vadisi İqtisadi zonası” sənaye parkının potensial rezidentləri ilə görüşlər nəticəsində Ağdam parkı üçün bir sıra maraqlı layihələr ortaya çıxıb. İnvestorların tam işləyə bilməsi üçün bu obyektin tezliklə açılmasını gözləyirik. Bütün maraqlı tərəfləri bu layihələrdə iştiraka dəvət edirik.


Tərəfdaşlar