Xəbərlər

Rebuild Karabakh - Britaniya biznesi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dair yerli layihələri dəstəkləyir

Britaniya biznesi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dair yerli layihələri dəstəkləyir

22.10.2021

Xəbərlər

Ceyms Şarp, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri:

Əsas odur ki, Bakı Ekspo Mərkəzinə qayıtmışıq. İl yarımdır ki, hər kəs fantastik təəssüratlar yaradan ənənəvi sərgini gözləyir! Bu gün burada ən müxtəlif və çox maraqlı həll variantlarını təqdim edən bir çox şirkətlə görüşürük. Azərbaycanın azad edilmiş ərazisinin bərpasına həsr olunmuş “Rebuild Karabakh” sərgisinin geniş ekspozisiyasını görmək xüsusilə xoşdur. Həm yerli, həm də xarici şirkətlər yeni layihələrdə iştirak etməkdə maraqlıdır. Ziyarətçilərin marağı da yüksəkdir, bunu qiymətləndirməmək olmaz.

Qeyd edim ki, Britaniya şirkətləri “BakuBuild və “Rebuild Karabakh” sərgilərində iştirak edirlər. Onların arasında Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinə (ANAMA) kömək edən şirkət də var. Bunun üçün dronlardan istifadə edilir. Bu tədbirin iştirakçısı olan daha bir şirkət “Aggreko” enerji təchizatı ilə məşğuldur.

Şübhəsiz ki, Britaniya biznesi ölkənin azad edilmiş ərazilərinin bərpası üzrə yerli layihələrə sərmayə qoymaqda maraqlıdır. Sərgidə “yaşıl” texnologiyalar sahəsinə aid layihələr görürük və Qarabağda bərpa olunan enerji mənbələrinin yaradılacağından çox məmnunuq. Qürurla qeyd etmək istəyirəm ki, Britaniyanın “BP” şirkəti Azərbaycanın Zəngilan və Cəbrayıl rayonlarında günəş enerjisi layihəsinin həyata keçirilməsində iştirak edib.


Tərəfdaşlar