Xəbərlər

Rebuild Karabakh - Kabel məhsullarına tələbat artır

Kabel məhsullarına tələbat artır

21.10.2021

Xəbərlər

Anar Cəbrayılov, “GÖKNUR BAKI LTD” MMC-nin Satış üzrə meneceri:

“GÖKNUR BAKI LTD” şirkəti gücü 35 kV-a qədər olan elektrik kabellərinin istehsalı ilə məşğuldur. İndiyə qədər Azərbaycanda, o cümlədən dövlət qurumlarında və özəl sektorda xeyli sayda layihə həyata keçirmişik. Bəzi MDB ölkələrinə - Gürcüstan, Qazaxıstan, Türkmənistan və başqa ölkələrə məhsul ixracını həyata keçiririk. Kabellərimiz bütün mövcud standartlara və tələblərə cavab verir, məhsullar dərhal laboratoriyada yoxlanılır.

Sərgidə iştirak yeni tərəfdaşlıq axtarışları ilə əlaqədardır. Təbii ki, biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə maraqlıyıq. Artıq Qarabağda başlayan bir çox işlərdə iştirak edirik və ən qısa zamanda məhsullarımızın tədarükünü təşkil edirik. Əminəm ki, Qarabağ bölgəsində həyata keçirilən tikinti layihələrinin sayı yalnız artacaq.

Xüsusilə “BakuBuild” və “Rebuild Karabakh” sərgilərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Yaranma mərhələsində olan xüsusi layihələr üçün ideal şəkildə uyğun olan bir çox şirkəti də burada görürük. Qeyd etmək istərdim ki, bu baxımdan “GÖKNUR BAKI LTD” şirkətinin istehsal etdiyi məhsullar təkcə ölkəmizdə deyil, həm də xaricdə reallaşdırılan bir sıra infrastruktur layihələri üçün maraqlı ola bilər, çünki tikintinin əvvəlində həmişə kabel məhsullarına ehtiyac olur.

 


Tərəfdaşlar