Xəbərlər

Rebuild Karabakh - Sərgilər çərçivəsində B2B görüşlər keçirildi

Sərgilər çərçivəsində B2B görüşlər keçirildi

21.10.2021

Xəbərlər

"BakuBuild”, “Aquatherm” və “Rebuild Karabakh” sərgiləri çərçivəsində əsas hadisələrdən biri yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) keçirilməsidir. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribütorlar arasında uğurla keçirilir.

Üç gün davam edən sərgi ərzində minlərlə mütəxəssisin tikinti sənayesinin yenilikləriilə tanış olmaq, müqavilələr bağlamaq, sənayenin aparıcı istehsalçıları və distribyutorlarının ortağı olmaq və sürətlə inkişaf edən ən son texnologiyaları tətbiq etmək imkanı var.
Uzun illər təşkil olunan  sərgi müasir biznesin inkişaf meylləri ilə ayaqlaşaraq qısa müddətdə hədəf auditoriya ilə üz-üzə görüşlər keçirməyi, yerində və dərhal iş qurmağı mümkün edir.


Tərəfdaşlar