Xəbərlər

Rebuild Karabakh - Tibbi avadanlıqların təchizini təmin etmək

Tibbi avadanlıqların təchizini təmin etmək

21.10.2021

Xəbərlər

Asif Yusibov, “Darvin Medical” MMC-nin təsisçisi

“Darvin Medical” şirkəti Azərbaycana tibbi avadanlıqların təchizi sahəsində ixtisaslaşıb və bir sıra xarici şirkətin rəsmi distribyutorudur. Əsas istinad nöqtəmiz bazarda ehtiyac olan yüksək keyfiyyətli məhsullardır. “Rebuild Karabakh” sərgisində ağciyərlərin süni ventilyasiyası cihazları, USM, aspirasiya və liposaksiya aparatları, defibrilyatorlar, əməliyyat lampaları, perfuzomatlar, yataq başı monitorları və s. nümayiş olunur.

Bununla yanaşı, biz klinikalar da tikirik, belə ki, 2020-ci ildə Azərbaycanda iki böyük klinikanı tikmişik və hazırda daha üç layihənin həyata keçirilməsi üzərində işləyirik. Biz nəinki tikirik, həm də onları təchiz edirik.

“Rebuild Karabakh” sərgisində iştirak etmək qərarına gəlmişik, çünki azad edilmiş ərazilərin bərpası çoxşaxəli, o cümlədən tibbi infrastrukturun yaradılmasını tələb edir. Düşünürəm ki, bunun perspektivi var, səmərə və nəticələr də olacaq.

Sərgi yüksək səviyyədə təşkil olunub, bununla yanaşı tədbir çox canlıdır. Qeyd etmək lazımdır ki, bizdə artıq tibb sahəsi üzrə sərgilər keçirilmir, buna görə də bir çox şirkət özünü tanıtmaq üçün fürsət axtarır. Düşünürəm ki, bu tədbir biznes layihələrinin inkişafı üçün əla həll variantıdır. Təbii ki, sərginin mövzusu son dərəcə aktualdır. Azərbaycan ərazisi işğaldan azad edilib, onu bərpa etmək lazımdır. Təkcə Azərbaycan deyil, bir çox başqa ölkələr də bu işdə maraqlıdır. Bunu bütün xarici iştirakçıların fəallığından da görmək olar.


Tərəfdaşlar