Xəbərlər

Rebuild Karabakh - Qarabağ üçün “ağıllı kənd” layihələri!

Qarabağ üçün “ağıllı kənd” layihələri!

20.10.2021

Xəbərlər

Günel Əliyeva, “AS Group Investment” MMC-nin ictimai əlaqələr üzrə meneceri:

“Rebuild Karabakh” sərgisində iki nəhəng maketi nümayiş etdiririk. Onlardan biri Azərbaycanın Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək “ağıllı kənd” modelidir. Oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu layihə ilə tanış olublar, dövlət başçısı yaşıl və alternativ enerjidən istifadə, “ağıllı idarəetmə” sisteminin olacağı “ağıllı kənd” layihəsinin təməlini qoydu.

Zəngilan rayonunun Ağalı kəndi üçün bütün regiondakı ilk layihəni hazırlamışıq. Bu gün, 20 oktyabr tarixi Zəngilanın erməni işğalından azad edildiyi günüdür.

“Ağıllı kənd” layihəsinin sifarişçisi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyidir, lakin həyata keçirilməsi də daxil olmaqla            ideyanın özü tamamilə “AS Group Investment” şirkətinin işidir. Hesab edirik ki, “ağıllı kənd” ölkənin azad edilmiş ərazilərinin bərpası baxımından ən vacib layihədir.

Ümumiyyətlə, “AS Group Investment” şirkəti loqistika, kənd təsərrüfatı sektoru və başqa sahələr üçün həll variantları təklif edir. Xarici tərəfdaşlar və investorlar da daxil olmaqla əməkdaşlığa hazırıq. “Rebuild Karabakh” sərgisində - Azərbaycan tarixində işğal edilmiş ərazilərin bərpasına həsr olunmuş ilk sərgidə iştirak etməkdən məmnunuq. Hamımız bu anı çoxdan gözləyirdik və bu gün belə bir sərginin keçirilməsinə çox şadıq. Düşünürəm ki, iştirakçı şirkətlərin hər biri bu fikirlərimə şərik olacaq, “Rebuild Karabakh” sərgisi hər kəs üçün əsl bayramdır!

 


Tərəfdaşlar