Xəbərlər

Rebuild Karabakh - “Made in Karabakh”

“Made in Karabakh”

20.10.2021

Xəbərlər

"Rebuild Karabakh" sərgisinin proqramına  “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı. Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”; “Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar da daxildir. Bu istiqamətdə təklif olunan layihələrlə bağlı Qarabağ Dirçəliş Fondunun Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş şöbəsinin müdiri  Rəşad Qasımzadə, İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri  Zamin Bədirxanov, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri  Məhəmməd Muradov çıxış edərək gələcək planlardan və həyata keçirilən işlərdən bəhs ediblər.
Birinci  "RebuildKarabakh" sərgisi bir çox dövlət qurumlarından dəstək aldı. Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Mənzil İnşaatı Agentliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK ) tərəfindən dəstəklənir.

 


Tərəfdaşlar