Xəbərlər

Rebuild Karabakh - Sumqayıt Kimya Sənaye Parkın direktoru və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini çıxış ediblər

Sumqayıt Kimya Sənaye Parkın direktoru və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini çıxış ediblər

20.10.2021

Xəbərlər

Xəbər verdiyimiz kimi bu gün Bakı Expo Mərkəzində  "Rebuild Karabakh" sərgisi öz işinə başlayıb.
Sərgi çərçivəsində bir sıra təqdimatlar və seminarlar keçirilir. Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları” mövzusunda keçirilən tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  nümayəndəsi Şəbnəm Allahverdiyeva, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorun müavini  Ziya Kəngərli çıxış edərək mövcud vəziyyət haqqında ətraflı məlumat veriblər.
Sumqayıt Kimya Sənaye Parkın direktoru Elşad Nuriyev və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini  Osman Xaliyev təqdimat xarakterli çıxış ediblər.
Sevindirici haldır ki, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.


Tərəfdaşlar