Xəbərlər

Rebuild Karabakh - İT, sistem inteqrasiya, təhlükəsizlik, “Ağıllı şəhər” və “Ağıllı ev” üçün texnologiya və həllər

İT, sistem inteqrasiya, təhlükəsizlik, “Ağıllı şəhər” və “Ağıllı ev” üçün texnologiya və həllər

13.10.2021

Xəbərlər

Ramal Bəşirov, “B2B Group” LLC-nin təsisçisi və direktoru

“B2B Group” LLC şirkəti 2019-cu ildə təsis edilmişdir. İdarə olunan İT xidmətləri, İT konsaltinq, təhlükəsizlik kamera və nəzarət sistemləri, şəbəkə həlləri, məlumat mərkəzləri üçün həllər, bulud xidmətləri və s. bizim təqdim etdiyimiz xidmətlərin bir hissəsidir. Biz Dell Technologies, Cisco, Hikvision, Vertiv, Microsoft, SNOM, Canon, CheckPoint, Fortinet, Teltonika və digər nüfuzlu qlobal markalarının partnyoruyuq. Hal-hazırda şirkətdə İT sahəsində müxtəlif profilli şirkətlərdə çalışmış 10 ildən artıq təcrübəyə malik olan peşəkar komanda çalışır. Onlar təmsil etdiyimiz dünya markalarının təqdim etdiyi texnologiyalar üzrə mütəmadi sertifikatlaşmadan keçirlər.

Rebuild Karabagh 2021 sərgisində “B2B Group” LLC-nin xidmətləri və həlləri, həmçinin partnyorlarımız – ELSMART (“Ağıllı ev”, “Ağıllı şəhər”, binaların avtomatlaşdırılması üzrə həllər və s.) və MİRSAN (açıq kameralar, server dolabları və s.) şirkətlərinin məhsulları təqdim olunacaqdır. Düşünürük ki, “Ağıllı ev” və “Ağıllı şəhər” texnologiyaları sərgi ziyarətçilərində böyük maraq doğuracaq.

Rebuild Karabagh 2021 sərgisində biz Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin inzibati binasının İT infrastrukturunun inşasında tətbiq etdiyimiz strukturlaşmış kabel sistemi, giriş-çıxış idarəetmə sistemi, müşahidə kameraları və s. kimi avadanlıq və həllərimizi nümayiş etdirməyi planlaşdırırıq.

Biz bu cür ixtisaslaşdırılmış sərgilərin keçirilməsini yüksək qiymətləndiririk və inanırıq ki, bizim kimi şirkətlərin gələcək inkişafı üçün Rebuild Karabagh 2021 sərgisi ciddi və müsbət təsir göstərəcəkdir.


Tərəfdaşlar