Xəbərlər

Rebuild Karabakh - 1-ci Azərbaycan Beynəlxalq: "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi

1-ci Azərbaycan Beynəlxalq: "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi

28.07.2021

Xəbərlər

20-22 oktyabr 2021-ci il tarixində Bakıda 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisinin keçirilməsi planlaşdırırlır. 

Sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq. 

Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Qarabağ bölgəsinin inkişafı ölkə üçün prioritet vəzifədir. Bu baxımdan, Qarabağın zəngin təbii ehtiyatlarını və iqtisadi potensialını nəzərə alaraq, “Rebuild Karabakh 2021” sərgisi geniş iqtisadi fəaliyyət sahələrini əhatə etməyi planlaşdırır və aşağıdakı sektorları təmsil edən şirkətləri sərgidə iştiraka dəvət edir: Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya.

Sərgidə təqdim ediləcək müxtəlif sektorlar tədbiri xüsusən əlamətdar edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradır.

Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçıları və qonaqları əlavə tədbirləri ehtiva edən maraqlı proqram gözləyir.

Sərgi Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organizes” (“CEO”) şirkətidir.

“Rebuild Karabakh 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz (+994124041000, karabakh@ceo.az)     


Tərəfdaşlar