Xəbərlər

Rebuild Karabakh - Bu yolda işlər sürətlə davam etdirilir

Bu yolda işlər sürətlə davam etdirilir

08.07.2021

Xəbərlər

8 iyul, Fineko/abc.az. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb.

ABC.AZ xəbər verir ki, strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib.

Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Yolboyu genişmiqyaslı tikinti işləri davam etdirilir.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı birgə icra edir. Hazırda sözügedən avtomobil yolunun ilk 76 kilometrlik hissəsində torpaq işlərinin icrası davam edir.

Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 29,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Eyni zamanda topoqrafiya-geodeziya işləri, həmçinin layihəyə uyğun olaraq ərazinin təmizlənməsi icra olunur.

Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.


Tərəfdaşlar