Regionun ilk texnoparkı olan STP Şirkətlər Qrupu ilk dəfə 2009-cu ildə «AZENCO-STP» Birgə Müəssisəsi olaraq yaradılmışdır və 2012-ci ildən müstəqil, 2020-ci ildən etibarən isə Şirkətlər Qrupu olaraq fəaliyyət göstərir.
Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür
STP Şirkətlər Qrupuna daxildir: STP Global Cable, STP-AH, SOCAR-STP, STP Alüminium, STP Polimer, STP Metal Konstruksiyalar, ASSAN-STP Panel.
STP yalnız bir çox sənaye və elektroenergetika sahələri üçün məhsul istehsal edən sənaye mərkəzi deyil, həm də müasir texnologiyaların, innovasiyalı mühəndisliyin ekoloji mərkəzidir.
Bütün istehsalat sahələri aparıcı dünya istehsalçılarının ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuşdur.